Beynəlxalq Enerji Agentliyinin (IEA) rəhbəri Fatih Birol Avropaya Rusiyanın qışda qaz tədarükünü tamamilə kəsəcəyinə təcili hazırlaşmağı tövsiyə edib.

Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki, Birol bu barədə Financial Times-a müsahibəsində danışıb. Sitat: "Avropa Rusiya qazının tamamilə kəsiləcəyi təqdirdə hazır olmalıdır. Qışa yaxınlaşdıqca, Rusiyanın niyyətlərini bir o qədər də yaxşı anlayırıq".

Birolun fikrincə, Rusiya bu yaxınlarda avropalıların qış aylarında qaz anbarlarını doldurmaması və rıçaqlarını artırmamaq üçün qaz tədarükünü kəsməyə əl atıb.
BEA rəhbəri hökumətləri qaza olan tələbatı azaltmaq üçün tədbirlər görməyə və dayandırılması planlaşdırılan köhnə atom elektrik stansiyalarını saxlamağa çağırıb.
"Avropa ölkələri tərəfindən qaza tələbatın azaldılması üçün bu həftə köhnə kömürlə işləyən elektrik stansiyalarının işə salınması kimi fövqəladə tədbirlər, karbon emissiyalarının artması qorxusuna baxmayaraq, böhranın miqyasını azalda bilərik".

Qeyd edək ki, dünən Almaniya, Avstriya və Hollandiyadan sonra İsveç və Danimarka da qaz tədarükünü saxlamaq üçün fövqəladə planların birinci mərhələsini elan ediblər. Bütün bunlar Rusiyanın sanksiyalara daha dərindən məruz qalması deməkdir.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN