Bu il əhaliyə müxtəlif istiqamətlər üzrə 2 milyard 717 milyon manat vəsait ödənilib.

Pin It

Gələn ildən Qazaxıstanın daxili bazarında qaz qıtlığının olacağı proqnozlaşdırılır.

Pin It

“Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonra dövlət başçısının göstərişi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi şəhid ailələri, müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək paketi həyata keçirir. Vətən müharibəsindən sonra 2972 şəhid ailəsi üzvü, 12 min 721 qazi və 80 mindən artıq müharibə iştirakçısı var. İndiyə qədər 17 min nəfərlə iş aparılıb, onlardan 12 min 188 nəfər məşğulluq proqramlarına cəlb edilib”.

Bunu Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli bu gün keçirdiyi mətbuat konfransında deyib.

O həmçinin bildirib: “7 min 771 nəfər özünüməşğulluq proqramına cəlb olunub, 4 min 417 nəfər bu və ya digər şəkildə işlə təmin edilib. Onlardan 2 min 377 nəfər “Məşğulluq marafonu” çərçivəsində işlə təmin olunub. Qeyd etməyə dəyər ki, həmin marafon elan olunduqdan sonra sosial tərəfdaşlar, xüsusilə özəl sosial tərəfdaşlar həmin prosesə ciddi dəstək veriblər. Məhz bunun sayəsində 2400-dən çox şəxs həmin şirkətlərdə işlə təmin edilib. Bundan əlavə, şəhid ailəsi üzvləri və qazilərin kvota üzrə işlə təmin edilməsinə nail olduq. Eyni zamanda, ötən il başladılan Əməkhaqqının birgə maliyyələşməsi proqramına 200-dən çox şəxs cəlb olunub. Mövcud vakansiyalar üzrə 1000-dən çox şəxs işlə təmin edilib. Burada da ön planda sırf şəhid ailəsi üzvləri və müharibə qaziləridir. 805 nəfəri isə ictimai işlərlə təmin etmişik. 4 minə yaxın şəxs təklif olunan işlərdən bu və ya digər səbəblərdən imtina ediblər”.

M.Abbasbəylinin sözlərinə görə, Böyük Qayıdış çərçivəsində əsas məsələlərdən biri də doğma torpaqlarına geri dönəcək vətəndaşların məşğulluğunun təmin olunmasıdır. Bununla bağlı “Qarabağda iş platforması” layihəsi hazırlanır.

E.ŞİRİNOV

Pin It

Azərbaycan neftinin qiyməti yenidən bahalaşıb .

Pin It

 Daha bir restoranda sanitariya normaları pozulub

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN