Azərbaycan neftinin qiyməti yenidən bahalaşıb .

Belə ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2,08 dollar artaraq 130,02 dollar olub.

Xatırladaq ki, Azərbaycan neftinin il ərzində maksimum qiyməti martın 9-da (135,99) qeydə alınmışdı.

Həmçinin onu da qeyd edək ki, ötən il iyun (11-də) ayında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 73,53 dollar təşkil edib.

“Azeri Light” neftinin bir barelinin qiyməti 2020-ci ilin aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar təşkil edib.

Bu gedişlə 2008-ci ildəki maksimuma çatacağı da istisna edilmir...

 

Y.MƏMMƏDLİ

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN