"EFFEKTİV RƏQABƏT ÜÇÜN BAZAR SƏRHƏDLƏRİ DÜZGÜN MÜƏYYƏN EDİLMƏLİDİR"
İqtisadiyyatın inkişafı ilə yeni iqtisadi modellər tətbiq edilir ki, bu da daha səmərəli tənzimləmə alətlərinin tətbiqinə zərurət yaradır. Bundan irəli gələrək, dünyanın bir çox ölkələri öz rəqabət qanunvericiliklərini inkişaf etdirir, mövcud rəqabət problemlərinin həllinə istiqamətlənən və təsərrüfat subyektlərini inhisrçı davranışlardan çəkindirən qanunvericilik normaları yaratmağa çalışırlar.