İyunun 24-də Şabran rayonunda fərdi yaşayış evlərindən birində Hüseynova Gülnarə Şıxkərəm qızının kəsici alətlə yetirilən xəsarətlərdən ölməsi, həyat yoldaşı  Hüseynov Arif Qaspar oğlunun xəsarət alması ilə bağlı polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən əvəllər məhkum olunan 1983-cü il təvəllüdlü Fərzəliyev Elçin Məmmədağa oğlu saxlanılıb, digər şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.

Əlavə məlumat veriləcək.

***

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir.

İyunun 22-də və 23-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 1 tapança, 5 tüfəng, 5 patron darağı və 41 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.

***

Keçirilən əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 12 ədəd tüfəng aşkar edilərək götürülüb.

***

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 22-də və 23-də ümumi çəkisi 19,4 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

 Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

***

Şamaxı Rayon  Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən, əvvəllər də narkotik və oğurluq cinayətlərinə görə məhkum olunmuş 1971-ci il təvəllüdlü İlham Əlixanov  saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, ondan bir ədəd “Kalaşnikov” avtomatı və daraq aşkarlanıb. Saxlanılan şəxs odlu silahı satmaq məqsədi ilə paytaxtdan Şamaxıya gətirdiyini bildirib.

İ.Əlixanov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

***

İyunun 23-də saat 05 radələrində Tərtər rayon sakini 2006-cı il təvəllüdlü Süleymanlı Eltac Bəylər oğlunun ehtiyatsızlıqdan ov silahından açılan atəş nəticəsində xəsarət alması və xəstəxanada ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə, araşdırmalarla hadisəni törətməkdə şübhəli bilinən zərərçəkmişin dayısı 1988-cu il təvəllüdlü Əhmədov Asiman Vaqif oğlu saxlanılıb.

 Araşdırma aparılır.

***

Naxçıvan MR Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Naxçıvan polisinin keçirdiyi “Xaş-xaş-2024” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

 Culfa RPŞ-nin əməkdaşları tərəfindən 755620 kol, Şərur RPİ-nin əməkdaşları tərəfindən 18500 kol, Ordubad RPŞ-nin əməkdaşları tərəfindən 5852 kol, Şahbuz RPŞ -nin əməkdaşları tərəfindən 9912 kol olmaqla, ümumi çəkisi 74 tona yaxın olan 789884 ədəd çətənə kolu yandırılaraq məhv edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bundan sonra da bu istiqamətdə müvafiq tədbirlərin görülməsi davam etdiriləcək!

***

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2024” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Ağsu dolaylarında yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

Ümumi çəkisi 1 ton 650 kiloqram olan 3127 ədəd çətənə kolu yandırılaraq məhv edilib.

R.XUDATQIZI

 

Pin It

Jurnalistler


IMAGE
RAMİZ ƏSGƏR İTKİSİ...
çərşənbə, 22 Mayis 2024
By Elman ELDAROĞLU

Tezadlar Arxiv

İDMAN