DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının paytaxt ərazisində keçirdikləri növbəti tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən daha 4 nəfər saxlanılıb. Tədbirlərlə əvvəllər də narkoriklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Fuad Əzizov, Emin Mustafayev, Fuad Yusubov və Samir Abbasov tutulublar.

DİN-in Mətbuat Xidmətindən Tezadlar.az-a verilən məlumata görə, saxlanılanların üzərindən, ev və avtomobillərindən 36 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, heroin, metamfetamin və narkotiklərin satışında istifadə olunan elektron tərəzilər, bank kartları aşkarlanıb.

Araşdırmalarla müəyyən edilib ki, F.Əzizov, E.Mustafayev, F.Yusubov və S.Abbasov şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları ilə əlbir olaraq ölkəyə qaçaqmalçılıq yolu ilə narkotiklərin gətirilməsini təşkil ediblər. Onlar narkotikləri maddi qazanc əldə etmək məqsədi ilə Bakı şəhərində ayrı-ayrı ünvanlara yerləşdirməli imişlər. Sonuncu əməliyyatlar zamanı saxlanılanlar paytaxt ərazisində narkotiklərin paylanılmasını təşkil edən əsas kuryerlər olublar.

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

***

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının “Xaş-xaş-2024” şərti adı altında keçirdikləri əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Kür çayının sahilində yabanı halda bitən 475 ədəd çətənə kolu çıxarılıb və yandırılaraq məhv edilib.

***

Meşə dolayında narkotik tərkibli bitkilər yetişdirən Lənkəran sakini saxlanılıb.

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərdə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 38 yaşlı Anar Əhmədov saxlanılıb.

w

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, onun Haftoni Meşəbəyliyinin ərazisində xüsusi qulluq göstərərək yetişdirdiyi külli miqdarda 320 ədəd çətənə kolu aşkarlanaraq götürülüb. A.Əhmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.

***

Göyçayda narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən şəxslər tutulublar.

Polis əməkdaşlarının Göyçay rayonunda həyata keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Əyyub Mahmudov, qardaşı Vüsal və qohumları Rəşad Həbibov saxlanılıblar.

w

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, onlardan 2 kiloqram marixuana, 2 kiloqram tiryək və 200 ədəd metadon həbi aşkarlanıb.

***

Siyəzəndə  əməliyyat yolu ilə silah və 53 ədəd çətənə kolu aşkarlanıb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupunun məlumatına görə, Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon sakini Şahin Ağayevdən kultivasiya yolu ilə yetişdirdiyi çəkisi 39 kiloqram olan 53 ədəd çətənə kolu, 1 kiloqram  marixuana və 1 ədəd tüfəng aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

***

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Rövşən Fətəliyev saxlanılıb. O, ifadəsində üzərindən aşkar edilən narkotikləri Nihad adlı tanışından aldığını bildirib. Tədbirlərin davamı olaraq həmin şəxs - 1995-ci il təvəllüdlü Nihad Eminli də saxlanılıb. Onun üzərindən və yaşadığı mənzildən 1 kiloqrama yaxın satış məqsədilə əldə etdiyi marixuana, çətənə kolları və 272 ədəd psixotrop tərkibli satışı qadağan olunan preqabalin həbi ələ keçirilib.

w

w

N.Eminli psixotrop tərkibli həbləri sosial şəbəkələrdə əsasən gənclər arasında satmağı planlaşdırıb və özünü kuryer şirkətlərindən birinin əməkdaşı kimi təqdim edərək idarə etdiyi motosikletlə narkotiklərin daşınmasını təşkil edib.

Faktla bağlı cinayət işləri başlanılıb. Araşdırmalar davam etdirilir.

R.XUDATQIZI

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN