Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərdə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 56 yaşlı Elçin Yaqubov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Tezadlar.az-a verilən məlumata görə, onun yaşadığı ünvana baxış keçirilərkən xüsusi qulluq göstərilmiş narkotik tərkibli bitkilər aşkar edilib. Araşdırmalarla E.Yaqubovun rayonun Bum qəsəbəsində elektrik naqillərini oğurladığı da müəyyən edilib. Keçirilən digər tədbir zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən Əbdülməlik Əliyev də saxlanılıb. Ona məxsus həyətyanı sahədən kultivasiya edilərək yetişdirilən çətənə kolları və 1 kiloqram marixuana aşkarlanıb.

w

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

***

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər məhkum olunmuş 67 yaşlı Arif Fərəcov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, ondan 2 kiloqram marixuana aşkar olunub. A.Fərəcov şəxsiyyəti istintaqla araşdırılan və sosial şəbəkələrdə tanış olduğu İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu bildirib. Saxlanılan şəxs narkotikləri deyiləcək yerə qoyandan sonra bu fəaliyyətinin müqabilində maddi qazanc əldə edəcəkmiş.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə A.Fərəcov barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

***

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinin və satışının qarşısının alınması istiqamətində keçirilən əməliyyat tədbirləri zamanı Şirvan şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Elnur Babayev saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, onun üzərinə keçirilən baxış zamanı 1 kiloqrama yaxın marixuana aşkarlanıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

R.XUDATQIZI

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN