Bu gün  Medianın İnkişafı Agentliyi və Azərbaycan Respublikası Audiovizual Şurasının təşkilatçılığı ilə  Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Konfrans keçiriləcək.

"JW Marriott Absheron Baku Hotel”də keçiriləcək “Ümummilli Lider Heydər Əliyevin media siyasəti və müasir Azərbaycan mediası” mövzusulu konfransda görkəmli dövlət xadimi Heydər Əliyevin mediaya böyük diqqət və qayğısından söhbət açılacaq, xatirəsinə həsr olunmuş maraqlı hadisələr xatırlanacaq, jurnalistlərlə olan videogörüşləri nümayiş etdiriləcək.

Onu da deyək ki, Konfrans Azərbaycan Respublikası Prezidentininin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” 2022-ci il 29 sentyabr tarixli 3494 nömrəli Sərəncamının aidiyyəti üzrə icrası ilə əlaqədar Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən Azərbaycanda demokratik mətbuatın formalaşması və sürətli inkişafının təmin edilməsi prosesində misilsiz xidmətləri olan Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş geniş tədbirlər silsiləsindəndir.

Konfransda "Təzadlar"ın baş redaktoru Asif Mərzili də iştirak edəcək.

Elbar ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN