Azərbaycan Diplomatik Akademiyasında 13-14 iyun 2023- cü il tarixində Medianın İnkişafı Agentliyinin ADA Universiteti İnkişaf və Diplomatiya İnstitutunun  birgə təşkilatçılığı ilə rəqəmsal mediada storytelling və müasir publisistika təlimi baş tutdu.
Təlimin ikinci günündə də 30 -dan artıq müxtəlif media orqanlarının, informasiya agentliklərinin elitar nümayəndələri iştirak etdi. Treninq təlimini həyata keçirən isə qardaş Türkiyə Cümhuriyyətinin "Global haber 360' " projesinin təsisçisi  -ölkəmizə təşrif buyuran Can Mumbay müasir qloballaşan dünyada informasiya sisteminin  təkmilləşərək  çoxşaxəli  müxtəlifliyindən söz açaraq, rəqəmsal medianın vacib zərurətə çevrilərək  bu gün oxucu kütləsinin  ən çox marağına uyğun formada  cəlb edilməsi məsələsindən irəli gəlməsini qeyd etdi. Və o, inkişaf etmiş ölkələrin informasiya texnologiyalarının tətbiq dairəsindən yararlanmasını vacib sayaraq təlim iştirakçılarının nəzərinə vacib məqamları çatdırdı. 
Təlim auditoriyasında təşkil edilmiş geniş formatlı telemanitorda bir sıra inkişaf etmiş ölkələrin müasir Elektron informasiya  proqramlarının tətbiqiylə media sosial şəbəkələrində hazırlanan və yayılan xəbərlərin müxtəlif tərtibatı və strukturu barədə müqayisəli şəkildə treninq təlimi baş tutdu.
Treninqdə "Təzadlar" İnformasiya Agentliyi ilə bərabər yer alaraq iştirakçı olan Report.az, Bizim Media az. Günün sesi.az , Qlobal.info  və digər informasiya agentliklərinin  üzvləri, onları maraqlandıran suallara və müzakirə mövzularına aydınlıq gətirildi.
Müasir cəmiyyətin çoxmilyonlu oxucu təbəqəsinin informasiya əldə etməsinə xəbər adlı resursun daha təkmil və maraqdoğuran formada çatdırılması istiqamətində, o cümlədən informasiyanın müasir texnologiyanın proqramlarının tətbiqi vasitəsilə operativ və davamlı olaraq video və audioinformasiya yayımında  tələbatın daha çox olduğu vurğulandı.
Oxucu və izləyici kütləsinin ayrı -ayrı təbəqələrində ən çox və ələlxüsus informasiya  əldə edən izləyicilərin hansı növ xəbərlərin axtarışında  olduğu və bunun da nəzərə alınaraq bu istiqamətdə də media işinin düzgün təşkili məsələsinin vacibliyi bir daha treninq iştirakçılarının nəzərinə tövsiyə olaraq çatdırıldı.
d26fc488-266b-4c97-b2b3-6810ce9a40c3
Sosial şəbəkələrdə gündəmə gəlmək məqsədilə bəzən rast gəlinən arsenalın hissini özündə ehtiva edən bir sıra informasiya məlumatları, bildiyimiz kimi xəbər səhifələrində xüsusi diqqətçəkən həssas mövzulardır. Buna baxmayaraq bu tip xəbərlərin sosial şəbəkələr vasitəsilə cəmiyyətin müxtəlif yaş qruplarından, ələlxüsus da yeniyetməlik dövründə yaranan psixoloji təsir hissləri oyadaraq onlar üçün həyat əhəmiyyətli olan bir təhlükələrə özünəxəsarət və başqa bu kimi xoşagəlməz hallara gətirib çıxarır. Elə bu nöqteyi nəzərdən də bəzi informasiya məhsulu olan xəbərləri hazırlayıb ictimailəşdirərkən bu kimi həssas məqamları nəzərə almaq da treninq zamanı qeyd edildi.
Bundan başqa, cəmiyyəti maraqlandıran bir sıra qlobal və aktual mövzuların media üzərindən statistik və müqayisəvi  xarakter daşıyaraq cəmiyyətin sosial  marağına xidmət göstərən seçki referendum səsvermə nəticələrinin də sosial mediada yer alması və əhəmiyyəti, media mənsublarının da bu qəbildən olan  məsul olan işlərin informasiya şəklində doğru-düzgün  dərc olunması və ya  ictimailəşməsi bir daha medianın cəmiyyətin inkişafında mühüm rol oynaması kimi qeyd edildi.
XXX
4 sessiyadan ibarət keçirilən bu treninq təlimində həmçinin qeyd etdiyimiz kimi qardaş Türkiyə Respublikasının nüfuzlu və ünlü saytlarından və informasiya portallarından olan "Global haber" səhifəsində gedən bir sıra  xəbər başlıqlarının da nümunəvi olaraq oxucu kütləsinin geniş say göstəricisində rol oynaması diqqətə çatdırılmaqla təlim iştirakçılarına növbəti bir tövsiyyə oldu. 
Sözügedən xəbər informasiya portalına yer almış " Ülkelerine göre kadınların evlenince soyadı alma durumu" başlıqlı statistik xarakter daşıyan materialda qeyd olunanlar oxucuların diqqət və marağına səbəb olmaqla bərabər, digər sayt və informasiya agentlikləri arasında medianın inkişafı naminə sağlam informadiya rəqabətinə   girməklə Dünya informasiya bazarına inteqrasiya etməyin təzahürlərindən olduğu qeyd edildi.
Mövcud ictimai iqtisadi formasiyanın da tələblərini  və qloballaşan dünya cəmiyyəti ilə ayaqlaşmanı nəzərə alsaq , bugün sivil və beynəlxalq qanunları da, həmçinin nəzərə almaqla, medianı inkişaf etdirməklə, eyni zamanda bu sahədə çalışanlar üçün onların istehsal etdiyi informasiya xəbər materialı üzərindən artıq məşhulaşmağından irəli gələrək  yayımlanan  reklam bir növ yeni bir biznes mühitinin də formalaşmasına gətirib çıxarır. Yəni hər hansı xəbər və ya video -reportaj  müəllifinin Youtube, Facebook,  Tik-tok və digər şəbəkələr vasitəsilə  ictimailəşdirdiyi xəbərlərə avtomatik olaraq reklam şirkətlərinin həmin materiallar üzərinə reklamını tətbiq etməsi nəticəsində xəbər müəllifinə gəlir qazanc  gətirməsini meydana çıxarmış olur ki, bu da rəqəmsal medianın inkişafının bariz nümunəsidir.
ADA Universitetinin Təlim auditoriyasında baş tutmuş 7 saatlıq Treninqin sonunda treninq iştirakçılarının keçirilən təlim barədə və gələcək treninqlərlə bağlı hansı növ mövzuların müzakirələri təklifi media iştirakçılarının ixtiyarına verilməklə sms elektron qiymətləndirmə də  həyata keçirildi. Daha sonra təlim kursunda iştirak edənlər Treninq təliminin təşəbbüskarları, Azərbaycan Respublikasının  Medianın İnkişafı Dövlət Agentliyinin icraçı direktoru Əhməd İsmayılovun, ADA Universitetinin Prorektoru, İnkişaf və diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadənin, İnkişaf və Diplomatiya İnstitutunun İxtisasartırma Proqramlarının  rəhbəri Nərgiz İsmayılovanın və  Treninq üzrə ölkəmizə təşrif buyurmuş Beynəlxalq dərəcəli ekspert Can Mumbayın imza və möhürləri ilə tərtib edilmiş Sertifikatlarla təltif edildilər.
Təltif edilənlər sırasında redaksiyamızın  da buraya dəvət  edilərək cəlb olunmuş  xüsusi müxbiri kimi mən Xəyyam Qurbanlı da yer aldım...
İnanırıq ki, bu cür treninqlərin davamlı olaraq  keçirilməsi, ölkəmizdə medianın inkişafına öz mühüm töhfələrini verəcəkdir.
 Xəyyam Qurbanlı
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN