• 1770 — Ceyms Kuk Şərqi Avstraliyanı Böyük Britaniya torpağı elan etdi və buranı Yeni Cənubi Uels adlandırdı.

  • 1911— Mona Liza rəsm əsəri Luvr muzeyi işçisi tərəfindən oğurlandı.
  • 1959— Havay adaları ABŞ-ın 50-ci ştatı kimi qəbul edildi.
  • 1968— Varşava Müqaviləsi Təşkilatının qoşunları Praqa baharını yatırmaq üçün Çexoslovakiyaya yeridildi.
  • 1986— Kamerunda vulkanik mənşəli Nios gölündən püskürən karbon-dioksid qazı 20 kilometr ətrafda 1800 nəfərin ölümünə səbəb oldu.
  • 1991— Latviya müstəqilliyinin bərpasını elan etdi.
  • 1997— Azərbaycan Respublikası Serbiya və Monteneqro ilə diplomatik əlaqələr qurdu.

911-ci il 21 avqustda "Mona Liza" (Mona Lisa) şəkli Luvr (Louvre) Muzeyindən oğurlandı. Bu məşhur şəkil 2 il sonra Floransada tapıldı.

***

   21 avqust 1915-ci ildə türk sərkərdəsi Mustafa Kamal Paşanın tabeliyindəki Osmanlı birlikləri Çanaqqalada İkinci Anafartalar Zəfərini qazandı.

***

  1922-ci ilin 21 avqust tarixində Mustafa Kamal ordu komandirləriylə Akşehirdə etdiyi son yığıncaqda Böyük Hücum (Büyük Taarruz) əmrini verdi.

***

  1966-cı il avqustun 21-də Çində mədəni inqilab başlandı. 10 ildən artıq - Mao Tsedun vəfat edən günədək davam edən bu dəhşətli tarixi eksperiment milyonlarla çinli ziyalının əks-inqilabçı ittihamı ilə qətlə yetirilməsi, yaxud sürgün olunmasına səbəb oldu. O dövrdə ölkədə siyasi vəziyyətə nəzarət “qırmızı milislər”ə - xunveynbinlərə tapşırılmışdı.

***

  1968-ci ildə sovet qoşunları Praqaya daxil oldu. Bununla da o vaxtkı Çexoslavakiyada həyata keçirilən “Praqa baharı” adlı islahatlara son qoyuldu. Sovet qoşunlarının bu müdaxiləsi zamanı Praqada onlarca insan həlak oldu.                      

***

  21 avqust 1982-ci ildə Fələstin Qurtuluş Təşkilatı Beyrutu boşaltmağa başladı. Təşkilat öz mərkəzini Livandan Tunisə daşıdı.

***

  1986-cı ilin 21 avqustunda Kamerunda Nyos vulkan gölündən çıxan zəhərli qazlar 1746 adamın ölümünə səbəb oldu.

***

  21 avqust 2017-ci ildə tarixin ən böyük günəş tutulması baş verdi. 90 dəqiqə sürən tutulmada 2 dəqiqə 40 saniyə boyu günəş tamamilə bağlandı.

***

21 avqustda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Bu gün Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, xalq rəssamı Mikayıl Abdullayevin xatirə günüdür.

  1921-ci il 19 dekabrda Bakıda anadan olan Mikayıl Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbini və Surixov adına Moskva Dövlət Rəssamlıq İnstitutunu bitirib.

  Azərbaycan milli təsviri sənətinin inkişafında Mikayıl Abdullayev əvəzsiz rol oynayıb. Rəssamın müxtəlif janr və mövzularda yaratdığı boyakarlıq və qrafika əsərləri Azərbaycanın keçdiyi böyük bir dövrün sənət səlnaməsi kimi rəssamlıq tarixinə əbədi həkk olunub.

  Azərbaycan torpağının gözəllikləri, vətən övladlarının qəhrəmanlığı, doğma yurda, əməyə və sənətə bağlılıq Mikayıl Abdullayevin müraciət etdiyi əsas mövzulardır. Azərbaycan ədəbiyyatının incilərinə, xüsusilə, “Kitabi-Dədə Qorqud” dastanına və Məhəmməd Füzulinin “Leyli və Məcnun” əsərinə çəkdiyi illüstrasiyalar isə rəssamın klassik milli irsə sevgisinin parlaq nümunələridir.

  Gənc rəssamlar nəslinin yetişməsində əvəzsiz xidmətləri olan M.Abdullayev 2002-ci il avqustun 21-də 81 yaşında dünyasını dəyişib. (1921 – 2002)

***

  1983-cü ilin 21 avqustunda sürgündən dönən Filipinin müxalifət lideri Benino Akino (Benigno Aquino) hava limanında təyyarədən enərkən öldürülüb.

***

  100 metrdə dünya rekordlarını alt-üst edən atlet Usain Bolt 1986-cı ilin bu günü Yamaykada (Jamaika) dünyaya gəlib.

***

 Şakir QURBANOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN