Xəbər verildiyi kimi, Əfqanıstanda son günlər baş verən hadisələr fonunda Azərbaycan sülhməramlıları Kabildə öz missiyalarını davam etdirirlər. Talibanların silah yolu ilə hakimiyyətə gəlməsi, yeni qaydalar yaratması, ölkədə mürəkkəb siyasi vəziyyətin olmasına baxmayaraq sülhməramlılarımız Türkiyə sülhməramlıları ilə birlikdə Kabil aeroportunu mühafizə edirlər.

Xatırladaq ki,bundan əvvəl NATO Baş katibi Kabil hava limanının təhlükəsizliyinə verdiyi dəstəyə görə Azərbaycana minnətdarlığını bildirib “24 saat evakuasiya üçün çalışırıq. Türkiyə əsas rol oynayır. Xüsusilə Kabildəki hava limanının təhlükəsizliyinin təmin edilməsindəki həyati rollarına görə Türkiyə, ABŞ və İngiltərəyə təşəkkür edirəm. Hava limanının təhlükəsizliyinə verdiyi dəstəyə görə Azərbaycana da minnətdarıq”.

Bəli, Əfqanıstandakı sülhməramlı qüvvələrimiz belə bir mürəkkəb şəraitdə, ölkənin əsas nəqliyyat xətti olan Kabil aeroportunu mühafizəsini təmin edirlər. Bununla yanaşı, sülhməramlılarımızın yerli sakinlərə dəstək olmasını, onları təhlükəli zonalardan xilas etməsini də qeyd etməliyik. Son gündə sosial şəbəkələrdə azərbaycanlı əsgərlərin daha bir humanistliyi geniş yer alıb: Əfqanıstanda xidmət edən azərbaycanlı sülhməramlılar azyaşlılara kömək edib. Belə ki:

Əfqanıstanda NATO qüvvələrinin tərkibində xidmət edən azərbaycanlı sülhməramlıların görüntüləri yayılıb.

Sosial şəbəkələrdə yayılan görüntülərdə sülhməramlılar azyaşlı uşaqlara kömək göstərir.

Onların uşaqla davranışı istifadəçilər tərəfindən rəğbətlə qarşılanıb.

Ətraflı videonu təqdim edirik:

Şakir QURBANOV 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN