Məcburi peyvənd, məhdudiyyətlər əleyhinə etirazlar bir çox Avropa ölkələrində, ABŞ-da da baş verir. Fransada son günlər bu cür etirazlar demək olar ki, səngimək bilmir. Etiraz nümayəşinə minlərlə insan qoşulur. Polislərlə etirazçılar arasında qarşıdurmalar yaranır. Əhali məcburi peyvənd olunmasının, kovid pasportlarının əleyhinədir. Avropa Birliyinin 21 iyulda vaksinasiyanın məcburi olmadığı barədə qərarından sonra etirazlar daha da geniş vüsət almağa başlayıb.

BFMTV telekanalının daxili işlər nazirliyinə istinadən verdiyi xəbərə görə,  dünən Fransada peyvənd və kovid pasporu əleyhinə etirazlar yenidən dalğalanmağa başlayıb.

Etiraz aksiyaları Paris də daxil olmaqla ölkənin bir çox şəhərində ardıcıl olaraq altıncı həftədir ki, davam edir.

Xatırladaq ki, avqustun doqquzundan Fransada bar, restoran, kafe və digər iaşə müəssisələrində, habelə uzun məsafəli qatarlarda, təyyarələrdə COVID-19-la bağlı sanitar pasportun təqdim edilməsi mütləqdir.

Bu nümayişlərdə ümumilikdə 175 mindən çox etirazçı iştirak edib.

 

Şakir QURBANOV

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN