22 avqust

Mühüm hadisələr:

  • 22 avqust 1642-ci ildə İngiltərədə 9 il davam edən vətəndaş müharibəsi başlayıb. Kral ailəsi və Parlament hökuməti tərəfdarları arasında başlayan qarşıdurmalar 3 sentyabr 1651-ci ildə Worcester Müharibəsi adı altında parlament tərəfdarlarının qələbəsi ilə sona çatıb. 

***

  • 22 avqust 1812-ci ildə İordaniyadakı arxeoloji qorunan ərazi olan Petra isveçrəli səyahətçi Johann Burckhardt tərəfindən kəşf edilib. Minillikdən əvvəl 400- cü və minillikdən sonra 106-ci illər arasında Nebatilərin paytaxtı olmuş şəhər Roma işğalından sonra 400-cü illərdə zəlzələ və digər iqtisadi səbəblərdən gözdən uzaq düşərək unudulmuşdu.

***

  • 22 avqust 2000-ci ildə Azərbaycanın keçmiş prezidenti Əbülfəz Elçibəy 62 yaşında dünyasını dəyişib. Elçibəyin cənazə mərasiminə 1 milyona yaxın insan qatılıb. (3)

***

  • 1138— Şotlandiya və İngiltərə arasında Standard müharibəsi baş vermişdir.
  • 1642— İngiltərə vətəndaş müharibəsi başlamışdır.
  • 1654— Ceykob Barsimson Nyu-Amsterdama (Nyu-York) gəlmişdir. O Amerikaya səfər edən ilk yəhudidir.
  • 1827— Xose de la Mar Peru prezidenti olur.
  • 1848— ABŞ Nyu-Meksiko torpaqlarını öz ərazisinə qatır.
  • 1864— 12 dövlət ilk Cenevrə konvensiyasına imza atmışlar.
  • 1902— Cadillac avtomobil şirkətinin əsası qoyulmuşdur.


1819 – Azərbaycanda ilk alman koloniyası – Helenendorf (indiki Göygöl) qəsəbəsinin əsası qoyulub.
1993 – Lənkəranda Əlikram Hümbətovun qondarma rejiminə ("Talış-Muğan Respublikası") qarşı xalqın kütləvi aksiyaları başlanıb.


Aqil Ağacanov

1949—"Bizim Cəbiş müəllim" filmindəki Makedon rolunun ifaçısı . Aqil Ağacanov Bakının Sabunçu rayonunun Pirşağı kəndində dünyaya göz açmışdır.
Bakı şəhəri 112 saylı orta məktəbi 8 illik sistemlə bitirmiş, lakin sonra gecə məktəbində Ramana müəllimlərindən təhsil almışdır. Orta təhsilini bitirdikdən sonra 1969-cu ildə hərbi xidmətə yola düşmüşdür.
Uzun müddətdir ki, aşpaz, xüsusilə də kababçı kimi fəaliyyət göstərir və bütün Bakı kəndlərində onu elə kababçı Aqil kimi tanıyırlar. Ailəlidir, ikisi qız, biri oğlan olmaqla üç övladı və iki nəvəsi vardır.

Aqil Ağacanovun oynadığı Makedon rolu "Bizim Cəbiş müəllim" filmindəki maraqlı obrazlardan biridir. Onu filmə təsadüfən çəkirlər. Belə ki, Aqillə bulvarda təsadüfən nərd oynayan rejissor Həsən Seyidbəyli nərddə uduzduqdan sonra sözünü tutaraq, Aqili Makedon roluna sınaqlara çağırır. Çünki oyuna başlamazdan öncə Aqil Ağacanov Həsən Seyidbəyli ilə mərc kəsir ki, əgər rejissor uduzsa, onu kinoya çəkəcək və belə də olur.

***

Şakir QURBANOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN