Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkədə iğtişaşlar zamanı həlak olanlar üçün

yanvarın 10-nu ümummilli matəm günü elan edib. Bu barədə ölkə başçısının mətbuat katibi Berik Uali Facebook-da məlumat verib.

“Ölkənin bir sıra regionlarında baş vermiş faciəvi hadisələr nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev 2022-ci il yanvarın 10-nu ümummilli matəm günü elan etmək barədə qərar qəbul edib”, - deyə bildirib.

 O, həmin fərmanın Qazaxıstan Prezidentinin iqamətgahının internet saytında da dərc ediləcəyini qeyd edib.

Qeyd edək ki, hazırda ölkənin müxtəlif regionlarında aksiyalarda iştirak edən şəxslərin müəyyən edilərək saxlanılması davam edir və indiyə qədər 4404 nəfər saxlanılıb.

BMT-nin məlumatına görə, Qazaxıstanda etiraz aksiyaları zamanı 1000-ə yaxın insan yaralanıb. Respublikanın Daxili İşlər Nazirliyinin məlumatına görə, 18 təhlükəsizlik əməkdaşı həlak olub.

JASMİN

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN