ABŞ-Rusiya münasibətləri kritik həddə çatdı.

Bu gün Rusiyanın Xarici İşlər Nazirliyi ABŞ prezidenti Co Baydenin Vladimir Putinə qarşı bəyanatlarına görə ABŞ-ın Rusiyadakı səfiri Con Sallivana etiraz notası təqdim edib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Notada vurğulanır ki, Amerika prezidentinin- bu cür rütbəli dövlət xadiminə yaraşmayan bəyanatları üzündən Rusiya-Amerika münasibətləri pozulmaq ərəfəsindədir. Rusiyaya qarşı atılan düşmənçilik hərəkətləri qəti cavabını alacaq”. Bu gün səfirə etiraz notası verilib. Eləcə də Rusiya Xarici İşlər Nazirliyi amerikalı səfiri Rusiya diplomatlarının guya Vaşinqtonda işləməsinə mane olması ilə bağlı əsassız ittihamlarını təkrarlayıb və təxribatların dayandırılmasını tələb edib.

Bununla da ABŞ-Rusiya münasibətləri kritik həddə gətirilib. ABŞ-dan bu notaya hər hansı bir reaksiya hələki qeydə alınmayıb.

Sevinc MURADXANLI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN