ABŞ, Fransa, Almaniya, İtaliya və Britaniya liderləri Ukraynadakı müharibənin gedişini müzakirə ediblər - xüsusən də Rusiyanın mülki şəxslərə hücumundan ciddi narahatlıq bildirilib...

Tezadlar.az xatırladır ki, bu barədə  Ağ Ev Administrasiyası məlumat yayıb. Qeyd edilir ki, ABŞ prezidenti Co Bayden Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şuls, İtaliyanın baş naziri Mario Draqi və Böyük Britaniyanın baş naziri Boris Consonla danışıb. Sitat: “Onlar (rəhbərlər - red.) Ukraynaya davamlı dəstəyini, o cümlədən öz ölkəsini Rusiya təcavüzündən qoruyan cəsur ukraynalılara təhlükəsizlik yardımı və zorakılıqdan qaçan milyonlarla ukraynalıya humanitar yardım göstərdiklərini qeyd ediblər. Liderlər, həmçinin Ukraynanın atəşkəsi dəstəkləməsi üçün son diplomatik səyləri nəzərdən keçiriblər”.

Bu arada məlum olub ki, ABŞ Ukraynaya ən müasir hərbi sursat və silahları göndərib. Pentaqon rəsmiləri bildirib ki, 800 milyon dollar dəyərində yeni silah partiyasının göndərilməsinə artıq başlanılıb, lakin o, hələ də Ukraynaya daxil olmayıb. Bu barədə CNN xəbər yayıb. Pentaqonun yüksək rütbəli rəsmisi jurnalistlərə deyib ki, "Biz artıq daşımaları yekunlaşdırırıq, lakin onun daha tezliklə Ukraynaya çatdırılmasına çalışırıq. Ən azı ilk tədarüklər tezliklə çatdırılacaq". Sitat: "В Пентагоне утверждают, что отправка новой партии оружия на сумму 800 миллионов долларов уже началась, однако она еще не поступила в Украину. Об этом сообщает "Европейская правда" со ссылкой на CNN. "Мы все еще дорабатываем отправку, но как она поступит, как мы считаем, очень скоро. По крайней мере, первые поставки начнут поступать вскоре",- заявили журналистам старший представитель Пентагона".

Bu artıq o deməkdir ki, Ukraynalılar Vətənini qorumaq üçün lazımi dəstəyi ala biləcəklər...

A.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN