Artıq Bakı və İrəvan sülh sazişinin bağlanması və sərhədin delimitasiyası şərtlərini razılaşdırıblar.

Tezadlar.az  Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan danışıb. Onun sözlərinə görə, bununla bağlı müzakirələr aparılıb. Sitat: “Biz sülh sazişinin bağlanması şərtlərini müzakirə etdik, yəni ilin sonuna kimi razılaşmamız olacaq. Delimitasiya məsələsində də razılıq əldə olunub ki, delimitasiya ilin sonuna qədər baş tutsun”.

O qeyd edib ki, bu barədə razılıq sentyabrın sonunda Ermənistan Təhlükəsizlik Şurasının katibi, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın Vaşinqtonda keçirilən görüşündə əldə olunub.

Beləliklə, Ermənistana qalır ilin sonunadək sözünü tutub vədinə əməl etmək... Siyasi dairələrdə də güman edilir ki, bu baş tutacaq. Çünki bu məqam Ermənistan üçün son şans ola bilər.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN