Xəbər verildiyi kimi, İran İslam İnqilabı Keşikçiləri Korpusunun quru qüvvələrinin təlimi bazar ertəsi səhər Araz çayı ərazisində Şərqi Azərbaycan və Ərdəbil əyalətlərində başlayıb...

İslam İnqilabı Keşikçiləri Korpusu quru qoşunlarının komandanı Məhəmməd Pakpur bildirib ki, təlimlərdə paraşüt-helikopter, gecə hücumu, helikopter döyüş  və pilotsuz təyyarə əməliyyatları, həmçinin Araz çayı üzərində ponton körpünün tikintisi, rabitə xətlərinin tutulması və idarə edilməsi, yüksəkliklərin tutulması və məhv edilməsi nəzərdə tutulur. Sitat: “İran İnqilabı Keşikçiləri Korpusu Quru Qoşunları Aşura Qərargahı hərbi manevrə qatılacaq”.

Azərbaycanın müstəqilliyinin bərpası günündən bir gün əvvəl sərhəddə genişmiqyaslı hərbi təlimlərə başlayan İran bununla hansı mesajları verir? Bu təlimlər Azərbaycana əzələ nümayişidirmi? Xeyli vaxtdır etiraz aksiyaları ilə çalxalanan İran niyə hədəf olaraq Azərbaycana yönəlib? Güman etmək olar ki, Avropa İttifaqının və ABŞ-ın Azərbaycana və bölgəyə maraq meydanı genişləndiyindən başı Ukraynadakı müharibəyə qarışmış Rusiya rəhbərliyi yaxın dostu İrananın siyasi rəhbərliyinə belə bir addımı atmağı tövsiyyə edib. Əslində isə, hesab edirik ki, bu addımlar Azərbaycana deyil, birbaşa ABŞ və Avropa İttifaqına yönəlib. Çünki Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel twitterdə Avropa İttifaqı missiyasının Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməsini alqışladığını deyib... Bu artıq o deməkdir ki, Avropanın timsalında İranın düşməni olan NATO da Qafqaza doğru irəliləməkdədir... İranı narahat edən də elə budur...

A.Məmmədli  

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN