"Bu ilki qış Ukrayna tarixində xalqımız üçün ən çətin qış olacaq, amma biz dözməliyik..."

Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki, Ukrayna prezidenti Vlodimir Zelenski video müraciətində belə bir narahatlıq dolu məlumat paylaşıb.  Prezident deyib: "Ukraynalıların istirahətə haqqı yoxdur, çünki qələbəyə gedən yol çətin yoldur... Tariximizdə ən çətin olacaq bu qışı, keçməli olacağıq. Azadlıq uğrunda mübarizədə tərəfdaşlarımızın maksimum səfərbərliyini qorumalı və ümumi düşmənimizin qlobal demokratiyanı parçalamasına imkan verməməliyik”.

Zelinski deyib ki, son zamanlar Rusiya sistematik olaraq Ukraynanın mühüm infrastruktur obyektlərinə hücum edir və müharibənin səkkiz ayı ərzində rus işğalçıları Ukraynanın elektrik stansiyalarını 85 dəfə vurub.

Müharibə isə davam edir, itkilər günbəgün artır.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN