Böyük Britaniyanın baş naziri söz verib ki, rəsmi London Ukraynaya dəstəyini davam etdirəcək və yanında olacaq...

Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki, Böyük Britaniyanın yeni Baş naziri Rişi Sunak Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon danışığında ona belə vəd verib. Sitat: "Mən Baş nazir olduğum dövrdə Britaniya hökuməti Ukraynaya həmişə olduğu kimi güclü dəstək göstərməyə davam edəcək və prezident Zelenski Britaniya hökumətinin davamlı həmrəyliyinə arxalana bilər. Ukrayna ədalətsiz müharibənin qurbanıdır...".

Baş nazir eləcə də Rusiyaya təzyiqin davam edilməsi üçün iqtisadi sanksiyalar siyasətinin davam etdirilməsini dəstəkləyib. 

Ukraynada isə şiddətli döyüşlər davam edir, Rusiya qüvvələri ölkənin iri şəhərlərində qarşıdan gələn soyuqları nəzərə alaraq kommunal obyektləri sıradan çıxarmağa davam edir. Ukraynada bir çox ərazilərdə qaz olmadığından odun tədarükünə üstünlük verilir.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN