“Rusiya- Ukrayna” savaşı təsadüfən yaranmayıb.

Bu gün Ukraynada baş verən nəticədir. Biz hadisələrə dürüst və ədalətli qiymət vermək istəyiriksə, bu nəticəni doğuran səbəbə qiymət verməliyik”.

Bu fikirləri politoloq Azad Məsiyev “TEZADLAR TV”nin efirindən səsləndirib.

“Mən keçmişə qayıtmaq istəyirəm…

1992-ci ildə Ukraynada olan nüvə silahlarını Rusiyaya vermək üçün ABŞ, Böyük Britaniya və Rusiya Ukraynanın suverenliyinə dair öhdəlik götürdülər. Həmin sənəd imzalandıqdan sonra Ukrayna həmin silahı Rusiyaya verdi. 2014-cü ildə isə Ukraynanın suverenliyi ABŞ tərəfindən pozuldu. Xalq tərəfindən seçilmiş Yanukoviç (Viktor Fyodroviç Yanukoviç – Ukraynanın 2010-2014-cü illərdəki sabiq, həm də 4-cü prezidenti - red) Birləşmiş Ştatların “Soros “ Fondunun maliyyə dəstəyi və ABŞ-ın diplomatik fəaliyyəti ilə Ukraynada hakimiyyət çevrilişi nəticəsində devrildi.  Xatırladım ki, fevral ayının ilk günlərində  ABŞ-ın o zamankı prezidenti Barak Obama CNN kanalına açıqlamasında bildirmişdi ki, “Ukraynada hakimiyyəti biz devirdik”, - bildirib.

O, qeyd edib ki,  Yanukoviç xalq tərəfindən seçilmişdi, Avropa və ABŞ tərəfindən də Yanukoviçin legitimliyi tanınmışdı.

Politoloqun sözlərinə görə, ABŞ Yanukoviçin fəaliyyətinin Amerikanın maraqlarını uyğun olmadığını görüb və “məxməri inqilab”ı gerçəkləşdirib:

“Amerika öz adamlarını hakimiyyətə gətirərək dövləti “klon”laşdırdı. Yəni Amerika demokratiya ideyası adı altında Ukraynanı işğal etdi. İşğalçılığın iki forması var – biri silahlı yolla dövləti işğal edib özündən asılı vəziyyətə salmaqdır. Amerika isə müasir, klassik formasını yaradır – demokratiya, “məxməri inqilab”lar adı altında dövlət çevrilişi edir, hakimiyyətə öz adamını gətirir və dövləti “klon”laşdıraraq özündən asılı vəziyyətə salır. Ukraynada həmin ssenari həyata keçirildi, amma Belorusiyada alınmadı…

Fikir verirsinizmi, kimi hakimiyyətə gətirdilər – Ukraynada bir şoumeni. Hansı ki, Zelenskinin dövlətçilik təcrübəsi yox. O, aktyor idi və onun vasitəsilə Ukraynanı bu vəziyyətə saldılar. Belorusiyada isə hakimiyyətə evdar bir xanımı gətirirdilər…   ” , -  o, əlavə edib.

Azad Məsiyev vurğulayıb ki, Ukraynada hakimiyyət çevrilişi baş verən kimi, dövlət “klon”laşdırıldı və bütün təlimatlar da Amerikadan verilib...

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN