İsrail prezidenti Yitzhak Herzog Rusiyanın İran pilotsuz təyyarələrindən istifadəsinə dair sübut bazasını təhvil vermək üçün ABŞ-a gəlib.

Tezadlar.az CNN-ə istinadla bildirir ki, prezident İranın Rusiyanı Ukraynaya ziyan vuran döyüş pilotsuz təyyarələri ilə təchiz etdiyini sübut etmək üçün ABŞ-la kəşfiyyat məlumatı mübadiləsi apardığını bildirib və  ABŞ-ı Tehranın hərəkətlərinə sərt cavab verməyə çağırıb.  ABŞ və Avropa Birliyi artıq oxşar nəticəyə gəliblər, lakin İsrail Qüdsün özünün ən böyük təhlükəsi hesab etdiyi İrana qarşı sərt addımlar atmağa çalışır. Prezident Yitzhak Herzog Vaşinqtona səfəri zamanı dövlət katibi Entoni Blinkenlə danışıqlar aparıb. Dünən isə prezident Co Baydenlə görüşüb. Sitat: "İran silahları dünyamızın sabitliyini pozmaqda əsas rol oynayır və beynəlxalq ictimaiyyət bundan indi və gələcəkdə dərs almalıdır".

Xatırladırıq İranın xarici işlər naziri iki gün əvvəl bəyanat yaymışdı ki, belə bir fakt yoxdur, lakin kimsə bunu sübut etsə ki, İran dronları Ukraynada Rusiyanın xeyrinə çalışır, İran buna görə cavab verməyə hazırdır. Görəsən, bu faktlar və sübutlardan sonra İranı hansı cəza gözləyir???

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN