“Amerika slavyan xalqları arasına düşmənçilik toxumu səpdi”.

Bu fikirləri politoloq Azad Məsiyev TEZADLAR.TV-nin kanalında Rusiya-Ukrayna münaqişəsinin baş vermə səbəblərindən danışarkən bildirib.

Politoloqun sözlərinə görə, Amerika bəyan edib ki, Rusiya, Çin mənim düşmənimdir.

“Düşmənçilik nədir? Həmin dövləti dünya siyasi arenasından çıxartmaq, zəiflətmək, parçalamaq. Amerikanın strategiyası budur. Təbii ki, Rusiyanın da özünü müdafiə qurma haqqı var. Necə deyərlər, ən gözəl müdafiə hücumdur. Bu illər ərzində Putin açıq şəkildə NATO rəhbərliyinə, həmçinin ABŞ-a bildirmişdi ki, NATO Rusiya sərhədlərinə doğru gəlməsin - bu,  bizim milli təhlükəsizliyimizə xələl gətirə bilər”,- o, deyib.

Azad Məsiyev xatırladıb ki, Rusiya öz təhlükəsizliyi üçün konsepsiya da ortaya qoymuşdu və bunu NATO -ya da ABŞ-a da göndərmişdi, lakin müsbət cavab gəlməmişdi.

Politoloq qeyd edib ki, 24 fevrala qədər Amerika hər vəchlə Ukrayna – Rusiya münaqişəsini körükləyir, qızışdırırdı.

 

“UKRAYNA QOŞULMAMA HƏRƏKATINA ÜZV OLSAYDI, YENİ SİYASİ SİTUASİYA YARANARDI ”

 

“Hətta İngiltərənin o vaxtkı baş naziri gəlib Zelenskini qızışdırırdı. Zelenski də Münxendə  bəyan edirdi ki, bizə nüvə silahı lazımdır. Belə hallar münaqişəni sürətləndirdi. O dövrdə münaqişədən qaçmaq imkanı var idi. Amma Zelenski dövlət və xalq qarşısında məsuliyyətini hiss etmədi. Zelenski Amerikanın əlində oyuncağa çevrildi. Bu gün də Amerikadan hansı təlimat gəlirsə, Zelenski ona “oynayır”. Yəni Zelenski müstəqil deyil və qərarlarını da müstəqil vermir. Bunu nəylə əsaslandırmaq istərdim - Zelenski əslində balanslaşdırılmış siyasət yeritməliydi. Hətta Azərbaycan Prezidentindən örnək götürəydi. Qoşulmama Hərəkatının üzvü olsaydı, yeni siyasi situasiya yaranardı. Bu hərəkatın üzvü olmaqla Rusiyanın da maraqları orda həyata keçirdi”, - Azad Məsiyev vurğulayıb.

“Açıq deyək , bu konfliktin əsas səbəblərindən biri də budur ki, Fransa, Almaniya və Ukrayna və Rusiya Minskdə öhdəlik götürmüşüdü -  Donetsk və Luqanskdakı problem sülh yolu ilə həll edilməli idi. Məsələ beynəlxalq müstəviyə qalxmışdı və Fransa da, Almaniya da bunlara qarant durmuşdu. Təəssüflər olsun ki, Zelenski hakimiyyətə gəldikdən sonra Donetskdəki, Luqanskıdakı problemin həllində hərb yoluna üstünlük verdi. Belə olan halda, Rusiyanın da maraqları burada tapdandı və təbii ki, Rusiya da “Ən gözəl müdafiə hücumdur” prinsipini tətbiq etdi”, -deyə o, əlavə edib.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN