İranda bu dəfə vəziyyət farca deyil, ingiliscədir...

Səbəb bəllidir: ölkə 22 yaşlı Məhsə Aminin hicaba qarşı etirazı səbəbindən polis bölməsində öldürülməsinə görə etiraz dalğasında üzür... Tezadlar.az "Azadlıq Radiosu"na istinadən bildirir ki, ABŞ və Qərb İranda baş verənlərə sakit dayanmaq fikrində deyil. Belə ki, etirazçılara qarşı sərt rəftarın tətbiqi və İranda Əmininin ölümü ilə bağlı kütləvi etirazların yatırılması ilə əlaqədar ABŞ İrana qarşı sanksiyalar tətbiq etmək qərarını açıqlayıb. ABŞ hökuməti kütləvi etirazların vəhşicəsinə döyülüb işgəncələrə məruz qalması və fəallara qarşı təzyiqlərə görə Tehranda rejimin hərəkətlərində bilavasitə iştirak edən 12 şəxsə və iki təşkilata qarşı sanksiyalar elan edib. Bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi məlumat yayıb. Qurum İranda ümummilli etirazları zorakılıqla yatırdıqlarına görə 10 İran rəsmisinə, həmçinin internetdə sosial platformalara məhdudiyyət tətbiqinə görə hökumətin bu hərəkətində iştirak edən 2 İran kəşfiyyat rəsmisinə və 2 İran təşkilatına sanksiya tətbiq edib. 

Tezadlar.az onu da xatırladır ki, ABŞ-ın hədəfində olanlar arasında İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat komandiri, SEPAH komandirinin müavini, onlarla etirazçının öldürüldüyü əyalətlərin rəhbərləri, habelə həbsxana müdirləri və digər rəsmilər var. Bundan əlavə, hakerlik fəaliyyəti ilə məşğul olan insanları işə cəlb edən və onlara təlim keçirən Ravin Akademiyasına, eləcə də ölkədə sosial media filtrasiyasının əsas operatorlarından biri hesab edilən İranın Sahab Pardaz şirkətinə qarşı sanksiyalar tətbiq edilib.
  İranda 22 yaşlı Mahsa Aminin qondarma əxlaq polisi tərəfindən öldürülməsindən sonra kütləvi etirazlar başlayıb. Tehrandakı rejim etirazları amansızlıqla yatırmağa, eləcə də internetin bağlanması da daxil olmaqla digər məhdudlaşdırıcı tədbirlərə əl atıb. Keçən həftə Avropa İttifaqı Əmininin ölümündə əli olan 11 nəfərə və İranın 4 qurumuna, habelə etirazçılara qarşı repressiyalara qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edib.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN