Bu günlərdə “Təzadlar” qəzetinin bazasında yaradılmış «TEZADLAR TV»yə müsahibə verən Böyük Türk Qurultayının Çağrılması üzrə Beynəlxalq Çağrı Komitəsinin sədri, tanınmış ziyalı, hüquqşünas  İbrahimxəlil Balayoğulları

demişdi ki, yüz ildən artıqdır türk ulus və elləri üzərində bütün türklərin birləşməsi, min ildən artıqdır yaşadığımız və getdikcə dərinləşməkdə olan süni bölünmə və parçalanmanın aradan qaldırılması ideyası gəzir... Sitat: “Türklərin bütün olaraq birləşməsi kəskin zərurətə, ucadan səsləndirilən sosial tələbə çevrilmiş, gözəl xalqımızın bütün təbəqələrinin təkidli tələbinə dönüb. Məqsədimiz türk dünyasını mənəvi və mədəni baxımdan bir araya gətirmək,  onlar arasında əlaqələri daha da genişləndirməkdir”.

Böyük Türk Qurultayının Çağrılması üzrə Beynəlxalq Çağrı Komitəsinin yaradılması zərurətinin hansı səbəbdən əmələ gəldiyi barədə videomüsahibəsində ətraflı məlumat verən siyasi analitik, hüquqşünas İbrahimxəlil Balayoğulları bildirirdi ki, türk xalqları Balkanlardan tutmuş Uzaq Şərqə kimi uzanan böyük bir ərazidə, o cümlədən Əfqanıstan, İran, Monqolustan, Çın və digər ölkə ərazilərində məskunlaşıblar. Sitat: "...Onların əsrlərlə müxtəlif səbəblərdən bir-birilərindən uzaq düşməsi aralarında mənəvi, mədəni sahədə müəyyən fərqliliklərin yaranmasına gətirib çıxarıb. Ona görə də türk xalqları arasında tarixdən gələn milli, mədəni, mənəvi, ortaq dil, ortaq tarix, ortaq əlifba yaradılması və bu əsasda əlaqələrin bərpa edilməsi olduqca vacib məsələlərdəndir. Təbii ki, bütün bunlar olmasa türk xalqları arasında milli, mədəni və mənəvi birliyə nail olmaq mümkün deyil. Məhz bunu nəzərə alaraq Böyük Türk Qurultayının Çağrılması üzrə Təşkilat Komitəsinin yaradılması qərarına gəldik. Məqsədimiz dünyanın müxtəlif bölgələrindəki türk xalqları arasında milli, mənəvi birliyin təbliğ edilməsi və bununla bağlı bölgədəki türk dünyasının liderləri ilə çoxsaylı görüşlər keçirmək və son da türk xalqlarının qurultayını keçirməkdir. Bizim məqsədimiz türk dünyasının milli, mədəni, mənəvı birliyinə nail olmaqdır. Bunun üçün də müvafiq tədbirlər həyata keçirilir və sonda da bu istəyimizə nail olacağımıza əminəm. Bununla bağlı 2016-cı ildə dünya türklərinə qurultay çağrılması ilə müraciət etdik. Məqsədimiz qurultay xatirinə qurultay çağırmaq deyil, türk dünyasının həqiqi mənada mənəvi, mədəni baxımdan bir araya gəlməsini təmin etməkdir. Öncədən qeyd etmək istəyirəm ki, qurultay heç bir siyasi məqsədlər güdmür, heç bir siyasi mənfəətə iddia etmir, hər hansı bir dövlətin daxili işlərinə müdaxiləni qətiyyən mümkünsüz sayır, hər hansı bir xalqın və ya dinin əleyhinə yönəlməmişdir. Tək məqsədimiz bütün dünya türkləri arasında qarşılıqlı əlaqələrin və əməkdaşlığın gücləndirilməsi, böyük türk evimizin içində illərlə, əsrlərlə qalaqlanmış  problemlərin həll olunması, dünya türklərinin birləşməsidir, burada söhbət dövlətlərarası, siyasi birlikdən deyil, xalq səviyyəsində birlikdən gedir. Qurultay beynəlxalq hüququn bütün əsas prinsip və normalarını tanıyır, hər bir dövlətin daxili qanunvericiliyinə hörmət və riayət edir. Dövlətlərimizi mümkün siyasi əngəllərdən qorumaq məqsədilə, Qurultayı müstəsna olaraq ictimai təşkilatların, özəl strukturların qüvvəsiylə çağırmağı zəruri hesab edirəm” və s.

***

 Bu gün İbrahimxəlil Balayoğullarının daha bir maraqlı açıqlaması gəldi. Söhbət türk dünyasında tanınan simalardan olan dünya şöhrətli qırğız yazıçı Oljas Süleymenovun dünyada nüvə silahından istifadənin qadağan edilməsi istiqamətində ortaya qoyduğu misilsiz, dünyəvi xidmətlərinə görə ona Nobel Sülh Mükafatının verilməsindən gedir. İbrahim Xəlil bəy bu məqsədlə türk dünyasına ünvanlı müraciət qəbul edib, səsli açıqlama yayıb.

İbrahimxəlil bəy rus dilində olan müraciətinin videogörüntüsünü də "Təzadlar"a göndərib. Türk dünyasına və dünyanın sülhpərvər insanlarına ünvanlı viudeomüraciəti təqdim edirik:

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN