Ermənilər indi də gürcü xalqını aşağılamağa başlayıb və gürcü xalqı "məxluq" adlandırılıb...

Belə ki, “Lazarev klubu”nun İrəvanda keçirilən 5-ci iclasında rusiyalı politoloq Andranik Miqranyan gürcü xalqını “məxluq” adlandıraraq “Gürcüstana təzyiq göstərməyə” çağırış edib. Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla bildirir ki, Miqranyanın Gürcüstanı Ermənistana əks addımlar atmaqda ittiham edib. Onun sözlərinə görə, Gürcüstan neçə illərdir ki, Abxaziya yolunu bağlı saxlamaqla Rusiyanı deyil, Ermənistanı cəzalandırır: "Buna görə də İrəvandakı insanların Qərb və Amerika ilə yaxşı münasibətləri varsa, o zaman Gürcüstana, bu məxluqlara təzyiq edin ki, onlar dəmir yolunu açsınlar", - deyə Miqranyan bildirib. Miqranyanın bu təxribatçı sözlərini şərh edən rusiyalı jurnalist, siyasi və ictimai xadim Maksim Şevçenko bildirib ki, onun bu çıxışı Gürcüstanda etnik, vətəndaş müharibəsi yarada bilər: "Rusiya imperializminin layihəçilərindən biri olan bu personajın həyasızlığı və "səmimiliyi" gürcü xalqının faciəsinə, Qarabağ, Zəngilan torpaqlarının işğalına və oradan çox sayda insanların qovulmasına haqq qazandıran, həmçinin ermənilərin taleyindən o qədər də narahat olmayan Miqranyan açıq şəkildə Qərb, Fransa, ABŞ ermənilərinə müraciət edir ki, onlar bu “məxluqlara”, gürcülərə təzyiq etsinlər ki, nəyin bahasına olursa olsun, Gürcüstandan Ermənistana, İrana dəmir yolu açsınlar, Miqranyan və onun kimiləri Rusiya dövlətinin geosiyasi strategiyasının arbitrləri olaraq qalırlar. Miqranyan gürcüləri təhqir edərək, onları aşağılayaraq, qədim zamanlardan Gürcüstanda məskunlaşan gürcü ermənilərini təhlükə altına qoyur. Miqranyan kimi personajlar isə əslində, Gürcüstanda etnik, vətəndaş müharibəsi yaradır".

 Şevçenko, həmçinin Baqramyan batalyonunu da xatırladıb: "Baqramyan adına erməni motoatıcı batalyonu 1993-cü ilin fevralında yaradılıb, “Abxaziya silahlı qüvvələrinin” tərkibində olub), “o, Abxaziya müharibəsində gürcü ordusu danışıqlar apardığı bir zamanda hücuma keçərək, Suxumidə Eduard Şevardnadzenin qarşısını faktiki olaraq kəsdi və gürcülərin məğlubiyyətinə, Abxaziya ərazisində etnik təmizləməyə səbəb oldu. İndiyədək gürcü xalqı bununla bağlı izahat ala bilməyib”. Maksim Şevçenko hesab edir ki, Rusiyanın Birinci Kanalının siması halına gələn “Miqranyanın ifşası” Rusiyada diqqətdən kənarda cavabsız qalacaq: “2014-cü ildən bəri naməlum erməni ekspertlər Kanal 1-də bir-bir çıxış etməyə başladılar. Ruslar adına, rus xalqı və ukraynalılar arasındakı əlaqədən bəhs edirlər. Miqranyan kimi personajlar artıq Rusiyanı qonşu pravoslav xalqlarla qarşıdurmanın dönməz prosesinə sürükləyiblər", - deyə M. Şevçenko bildirib.

*** 

Bəli, erməni politoloqu başa düşmək olar. Onlar erməni xalqını belə sərsəm siyasətləri ilə zəlil günə salıblar. Siyasətbazlarn bu cür naşılığı isə iki qonşu xalq arasında düşmənçilik toxumunun cücərməsinə gətirib çıxarır. Necə ki, belə nadan siyasətçilər Azərbaycanın daxilində erməni dövləti yaratmağa cəhd etdilər, amma Azərbaycan bununla barışmadı və ermənilərə tarixin hərbi dərsini verdi...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN