Erməni milyarder Ruben Vardanyanın noyabrın 4-də “Qarabağın dövlət naziri” vəzifəsinin icrasına başlayacaq. Və o, artıq Qarabağ iqtisadi rayonunda İrəvandan idarə olunan qondarma separatçı rejimin “hökumət”inin tərkibini formalaşdırır.

Bu barədə “İravunk” internet nəşri yazır.

Nəşrin yazdığına görə, bəzi erməni siyasətçiləri separatçı layihənin rəhbərliyinin “ xoşuna gəlmək və yeni tərkibdə özlərinə yer tapmaq üçün səylərini əsirgəmirlər”.

Xatırladaq ki, erməni iş adamı sentyabr ayında Rusiya vətəndaşlığından imtina edərək Azərbaycanın Qarabağ iqtisadi rayonunda rus sülhməramlılarının müvəqqəti aşayış zonasından keçib

Qeyd edək ki, həmin vaxt Vardanyan Şuşanın Turşsu və digər kəndlərdə olmuş və burada 90-cı illərdən məskunlaşmış ermənilərlə görüşmüşdü və ardınca ermənilər öyrədilərək təxribata cəlb edilmişdilər...

Onu da xatırladaq ki, sentyabr ayında siyasi şərhçi Azad Məsiyev TEZADLAR.AZ- müsahibəsi zamanı qeyd etmişdi ki, “ Ruben Vardanyanın Xankəndidə yaşamaq həvəsinə gəlincə qeyd edim ki, sözün həqiqi mənasında Vardanyan Xankəndidə ciddi olaraq siyasi proseslərə qoşulacaqsa, o zaman deyə bilərəm ki, Paşiniyanın qələmi Rusiya tərəfindən qırılıb”.

O, vurğulamışdı ki, Paşniyanın ABŞ tərəfindən idarə edilməsi Rusiyanın Cənubi Qafqazda planlarını pozur, bu baxımdan, Moskva Paşniyanın əli ilə Azərbaycanla sülh müqaviləsi imzalandıqdan sonra Cənubi  Qafqazda yeni yaranacaq siyasi situasiyaya uyğun olaraq Ruben Vardanyanı alternativ fiqur kimi gündəmə çıxara bilər və  o,  Etmənistanın yeni baş naziri postuna gətirilə bilər…

... Belə görünür ki, Vardanyan hələ ki, separatçı rejimin qondarma “hökumətində" təmsil olunacaq...

 Amma bu “vəzifə təyinatları oyunbazlığı”nın da bir gün sonu olacaq...

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN