Rusiyanın Ukraynadakı müharibəsi zabit kadrlarına da böyük zərbə vurub...

Belə kiş bu müharibənin ötən  8 ayı ərzində Rusiya 1 400-dən çox zabitini itirib. Tezadlar.az "Azadlıq Radiosu" na istinadla bildirir ki, Ukrayna Silahlı Qüvvələrinin Strateji Kommunikasiyalar Mərkəzi bəyan edib ki, onların arasında 12 general da var. Sitat: 

“Ukraynada Rusiyanın 1 402 zabiti öldürülüb (bu, gündə təxminən 5,7 nəfər deməkdir). Üstəlik, yüksək rütbəli zabitlər ümumi göstəricinin 26 %-ni təşkil edir”, - mərkəz bildirib.

Hesablamalara görə, bu müharibə başlayandan bəri 12 general (bir ordu generalı, bir general-polkovnik, iki general-leytenant, səkkiz general-mayor), 44 polkovnik, 98 polkovnik-leytenant, 193 mayor, 279 kapitan, 471 baş leytenant, 235 leytenant və 72 digər rütbəlilər zərərsizləşdirilib.

Təbii ki, müharibə Ukraynada da böyük itkilər, dəhşətlərə yol açıb. Ölkə əhalisinin az qalısı yarıdan çoxu köçkün və qaçqın vəziyyətindədir, on minlərlə indan isə həlak olub.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN