Azərbaycan və Ermənistan arasında noyabrın sonuna və ya dekabrın əvvəlinə kimi sülh müqaviləsi imzalana bilər.

Tezadlar.az Ermənistanın "Hraparak" saytına istinadla bildirir ki, müqavilənin Tbilisidə imzalanması planlaşdırılır. Gürcüstan ümumqafqaz sülhünün vasitəçisi və simvolu ola bilər. Sayt iddia edib ki, hazırda bununla bağlı Gürcüstan tərəfində hazırlıq işləri aparılır. Sitat: “Hazırda Gürcüstanda Əliyevlə Paşinyan görüşünə və sülh dövrünün başlanğıcını göstərən sənədin imzalanmasına fəal hazırlıq gedir. Bu sənədin imzalanması Ermənistanın Qarabağdan rəsmi və qəti şəkildə imtinası olacaq. Ermənistan heç bir şəkildə Qarabağın işlərinə qarışmamağı öhdəsinə götürür. Qarabağ sakinlərinin Ermənistan vətəndaşlığından məhrum edilməsi və maliyyələşdirilməsi kəsiləcək. Təkcə Qarabağ “hüquq-mühafizə orqanları” deyil, həm də “yerli özünüidarəetmə”dən tutmuş “prezident aparatına” qədər, bütün “dövlət idarəetmə sistemi” maliyyəni itirəcək. Ermənistan xeyriyyə və sosial xarakterli layihələri, məsələn, uşaq bağçasının sökülən divarının suvaq və rənglənməsi kimi layihələr həyata keçirmək hüququ qazanacaq. Yuxarıda qeyd olunan “dövlət strukturlarının” maliyyələşdirilməsi isə separatizm və terrorizmi himayə etmək, maliyyələşdirmək kimi qiymətləndiriləcək. Qarabağın erməni sakinlərinin seçimi olacaq: ya Azərbaycan vətəndaşlığını qəbul edir və Azərbaycan vətəndaşı kimi yaşayış yerində yaşamağa davam edir, ya da Ermənistan vətəndaşı kimi Ermənistana köçür. Bundan başqa Ermənilərin məskunlaşdığı əraziyə müəyyən mədəni muxtariyyət verilməsi məsələsi müzakirə olunur. Azərbaycan istənilən növ muxtariyyətin əleyhinədir. Üstəlik, müqavilə imzalanandan bir neçə saat sonra bəzi yaşayış məntəqələri boşalacaq. Məsələn, Azərbaycan tələb edir ki, 1991-92-ci ilə qədər azərbaycanlıların yaşadığı, lakin hazırda Ermənistanın nəzarətində olan ərazilər dərhal ermənilər tərəfindən azad edilməlidir. Bu, ilk növbədə, Xocalıya aiddir. Əliyev üçün Xocalıya giriş Şuşa və ya Laçın kimi simvolik olacaq”.

Bəli, Ermənistanın sülh sazişini daha tez imzalaması labüddür. Çünki bu ölkə iqtisadi və hərbi tənəzzül içərisindədir. Yeganə xilas yolu da Azərbaycanla sülh müqaviləsi  bağlamaqdan keçir...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN