Nəhayət, Ermənistan sərhədlərin dəqiqləşdirilməsi razılığına gəldi...

bununla bağlı birgə işçi qrup formalaşıb və işlər bu ayın sonunadək yekunlaşmalıdır. Avropa İttifaqının üzv ölkələri də bundan məmnundur, "Biz (Azərbaycan və Ermənistan arasında - red) konstruktiv atmosferi və tərəflərin sərhəd məsələlərinin həlli üzrə işi davam etdirməyə hazır olmasını yüksək qiymətləndiririk”. Tezadlar.az "Azadlıq radiosu"na istinadla bildirir ki, Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti sözçüsü Nabila Massrali belə bir açıqlama da verib. Xanım sözçü Azərbaycan və Ermənistanın sərhəd komissiyalarının iclasını keçirdiyini xatırladıb, bundan məmnunluğunu bildirib.

Bəli, Ermənistan başa düşməsə də, nəhayət, başa salındı ki, bölgədə dincliyin və sabitliyin alternativi yoxdur. Bunun isə daha çox Ermənistana xeyri var...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN