Saakaşvilinin anası oğlunun səhhətindən çox narahatdır...

Belə ki, Mixeil Saakaşvilinin anası Giuli Alasaniya "Vivamed" klinikasında oğlunu ziyarət edib. Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla bildirir ki, Alasaniya Saakaşvilinin səhhətinin getdikcə pisləşdiyini bildirib. O deyib ki, Saakaşvili xeyli arıqlayıb və mart ayından bura vaxtaşırı hərarəti qalxır. Sitat: "Klinikada diqqətsizlik yoxdur. Həkimlər çox yaxşı çalışırlar, lakin onlar dəqiq səbəb deyə bilmirlər. Fakt odur ki, halı yaxşılaşmayıb əksinə geriyə gedib. Saakaşvili xaricə transfer olunmasını gözləyir, bunun baş tutmasını çox istəyir, amma nə olacağını heç kim bilmir".

Xatırladırır ki, Ukrayna Ali Məhkəməsi Saakaşvilinin Ukraynaya ekstradisiyası barədə qərar qəbul edib. Lakin Gürcüstan hakimiyyəti hələki bu barədə düşünmür.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN