Pentaqon Ukraynaya hava hücumundan müdafiə sistemləri, pilotsuz təyyarələr, zirehli qayıqlar və tanklardan ibarət daha 400 milyon dollarlıq hərbi yardım paketini açıqlayıb.

Tezadlar.az CNN-ə istinadla bildirir ki, bu barədə brifinqdə Pentaqonun sədr müavini Sabrina Sinq bildirib. Yeni yardım paketinə aşağıdakılar daxildir:
-Hawk hava hücumundan müdafiə sistemləri;
-250 M1117 zirehli personal daşıyıcısı;
-40 zirehli qayıq;
-1,1 min Phoenix Ghost pilotsuz uçan aparatı.
-90 T-72 tankı;
Sinq dəqiqləşdirib ki, söhbət Çex tanklarından gedir. ABŞ və Hollandiya 90 tankı təmir etməyə razılaşıblar. Onların yarısının təmirini Amerika tərəfi öz üzərinə götürəcək. Onların bir hissəsi bu ilin sonuna qədər, qalanları isə növbəti dəfə Ukrayna Silahlı Qüvvələrinə veriləcək. Sitat: “Bu tanklar Çexiyadan gələcək. ABŞ 45 blokun bərpasını ödəyəcək. Hollandiya hökuməti isə öz öhdəliklərinə uyğun olaraq daha 45 tankın pulunu verəcək. Buna görə də ümumilikdə 90 tank Ukraynaya gedəcək. Bunlar texniki cəhətdən ən müasir tanklar olacaq”.

Bu yardım o deməkdir ki, həm də Rusiya Ordusunu ağır döyüşlər gözləyir...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN