Moskva Ukraynadakı müharibə üçün pilotsuz uçuş aparatları üçün Tehrana 140 milyon avro ödəyib.

Tezadlar.az "Sky News" xəbər portalına istinadla bildirir ki, Rusiya avqust ayında İrandan 166 pilotsuz uçuş aparatı alıb və bunun əvəzində İrana 140 milyon avro ödəyib, eləcə də Ukraynada müharibə zamanı ələ keçirilən Qərb silahlarının nümunələrini Tehrana göndərib. Bu barədə Britaniya Müdafiə Nazirliyindəki mənbə açıqlama verib. Məlumatda o da qeyd olunur ki, İran pilotsuz təyyarələrinin ilk göndərişinə 160 kamikadze pilotsuz uçan aparat, o cümlədən 100 Şahed-136 və 60 Şahed-131, eləcə də sursat buraxa və ya buraxa bilən 6 ədəd Mohajer-6 pilotsuz təyyarəsi daxildir. Sky News-un həmsöhbəti bildirib ki, İran öz analoqlarını hazırlamaq üçün Qərb silahlarının nümunələrindən istifadə etməyi planlaşdırır. “Biz inanırıq ki, iranlılar 2011-ci ildə ələ keçirilən ABŞ pilotsuz təyyarəsindən düzəltdikləri İHA-lardan göründüyü kimi effektiv tərs mühəndislik sisteminə malik olduqlarını sübut ediblər”. Bundan əlavə, mənbənin sözlərinə görə, ötən gün Moskva ilə Tehran arasında 200 milyon avro dəyərində pilotsuz təyyarələrin tədarükü ilə bağlı daha bir müqavilə imzalanıb.

Bür müddət əvvəl isə İran rəsmiləri Rusiyaya pilotsuz uşuç təyyarələrinin satıldığını inkar etmişdilər. Hətta İran XİN-nin rəhbəri bildirmişdi ki, əgər belə bir fakt sübut edilərsə, İran buna cavab verməyə hazırdır. Faktlar isə təsdiqi tapır ki, İran Rusiyaya bu dronları tədarük edib...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN