Vladimir Putin İndoneziyada keçiriləcək G20 sammitinə səfərini ləğv etmək qərarına gəlib.

Tezadlar.az "Azadlıq radiosu"na istinadla bildirir ki, sammitdə Rusiyanın maraqlarını Sergey Lavrov təmsil edəcək. Bu barədə Rusiya XİN başçısı Lavrov açıqlama verib... Və beləliklə, Rusiya prezidenti Vladimir Putin noyabrın 15-dən 16-dək İndoneziyanın Bali adasında keçiriləcək G20 Liderlər Sammitində iştirak etməyəcək. Bu barədə Bloomberg məlumat yayıb. Bildirilir ki, Putinin qərarı ona əvvəllər Rusiya prezidentini “müharibə cinayətkarı” adlandıran ABŞ prezidenti Co Bayden də daxil olmaqla, digər dünya liderləri ilə potensial qarşıdurmadan qaçmağa imkan verir. Avropa liderlərinin də Putindən qaçması ehtimalı var idi. Daha əvvəl isə xəbər verildiyi kimi, prezident Vladimir Zelenski mövqeyinin dəyişməz qaldığını və Rusiya prezidenti Vladimir Putinin orada olacağı təqdirdə Ukraynanın G20 sammitində iştirak etməyəcəyini bildirmişdir.
Noyabrın 15-16-da İndoneziyada Ukrayna dövlətinin başçısı Vladimir Zelenskinin də dəvət olunduğu Bali adasında G20 sammitinin keçirilməsi planlaşdırılır. Putinin Ukrayna infrastrukturuna raket zərbələri endirmək əmri verdiyini etiraf etməsindən sonra Ukrayna Xarici İşlər Nazirliyi Rusiyanın G20-dən çıxarılmasını tələb edir.
İyulda isə Lavrov İndoneziyanın Bali adasında G20 ölkələrinin xarici işlər nazirlərinin iki günlük sammitini vaxtından əvvəl tərk etmişdi.

Beləliklə, dünya həm müharibə, həm də siyasət meydanında qarşıdurmadadır. Bütün bunların başında isə Rusiyanın Ukraynaya təcavüz etməsi durur...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN