Kremlin sözçüsü Dmitri Peskov prezident Vladimir Zelenskinin işğalçılardan azad edilmiş Xersona gəlişindən qəzəblənib.

Tezadlar.az " RİA Novosti-yə istinadən xəbər verir ki, Peskov jurnalistlərin Zelenskinin Xersona gəlişi ilə bağlı sualını şərh etmək istəməyib, lakin bildirib ki, Xerson vilayətinin regional mərkəzi “Rusiya ərazisidir”. 

 Məlum olduğu kimi, noyabrın 14-də prezident Vladimir Zelenski rus işğalçılarından azad edilmiş Xersona gəlib. Rusiya isə qoşunlarının Xerson vilayətində Dnepr çayının sol sahilinə çıxarılmasına baxmayaraq, işğal etdiyi və ilhaq etdiyi Xersonu öz ərazisi hesab etməkdə davam edir. Bu isə beynəlxalq aləmdə belə qeyri-ciddi addım kimi qarşılanmaqdadır.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN