Rusiya qoşunlarının işğal etdikləri Xersondan geri çəkilməsi və dünən Zelenskinin Xersonun mərkəzində olması dünya siyasətində aktivliyi artırıb...

Bu arada ABŞ Dövlət Departamenti hazırda Rusiya və Ukrayna arasında mümkün gələcək danışıqlar üçün zəmin hazırlayır, lakin Vaşinqton administrasiyası daxilində belə addımların zəruriliyi ilə bağlı fikir ayrılığı var. Tezadlar.az CNN -ı istinadla bildirir ki, bu barədə ABŞ administrasiyasının bir neçə nümayəndəsinə istinadən “Politico” qəzeti yazıb. Sitat:  "Pentaqonda çoxları düşünür ki, qış soyuğunun başlaması Ukrayna və Rusiya arasında danışıqlar üçün fürsət açacaq. Yüksək rütbəli hərbi məmurlar hesab edirlər ki, işğal edilmiş ərazilərdən Rusiya qoşunlarını sıxışdırıb çıxarmaq Kiyev üçün asan olmayacaq. Niyə indi sülh danışıqlarını müzakirə etməyə başlamayaq?”.

Xatırladırıq ki, Türkiyənin bu istiqamətlərdə səyləri müəyyən səmərə verməkdədir. Lakin faktdır ki, Rusiya rəhbərliyi yalnız Türkiyəyə, daha doğrusu, Ərdoğana etibar edir və inanır...

A.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN