Gürcüstan 2008-ci ildə Rusiyanın hərbi müdaxiləsinə məruz qalandan sonra Rusiya ilə hər hansı siyasi və hərbi ittifaqdan uzaq durmağa qərar verdi...

Elə buna görədir ki, "Dinc, sabit və inkişaf dövrünün olması xalqımızın milli maraqlarına uyğundur - Bizim gələcəyimiz Avropa İttifaqındadır", -deyən gürcüstanın baş naziri İrakli Qaribaşvili Tbilisidə Avrokomisar Oliver Varheylə keçirdiyi birgə mətbuat konfransında əlavə edib: “Ölkəmizin iqtisadiyyatı pandemiyadan sonra çox tez bərpa olundu. Biz keçən il çox düzgün, əsaslı və səmərəli addımlar atdıq. Keçən il biz ikirəqəmli iqtisadi artım əldə etdik. Çətin şərtlərə baxmayaraq, ölkəmizdə bu il yenə ikirəqəmli iqtisadi artım var. Cəmi doqquz ayda 100 mindən çox iş yeri açılıb. Siz özünüz görəcəksiniz ki, bizdə bütün istiqamətlərdə irəliləyiş var, istər turizm, istər iqtisadiyyat, istər ixracat, istərsə də bütün sənaye və biznes sektoru aktivləşib... Müstəqilliyimizi bərpa etdikdən sonra, Gürcüstanda davamlı sülh və sabitlik hökm sürür ki, bu da istisna haldır. Biz bunu ağlabatan siyasətimizlə, eyni zamanda, hakimiyyətə gələndən bəri prinsiplərimizlə həyata keçirmişik. Dinc, sabit və inkişaf dövrünün olması xalqımızın və ölkəmizin milli mənafeyinə uyğundur. Bizim gələcəyimiz Avropa İttifaqındadır, biz buna inanırıq və buna birlikdə nail olacağıq”.

Nəhayət, Avropa İttifaqının Gürcüstanla bağlı 12 bəndlik tövsiyyələr paketinə gəldikdə isə baş nazir hökumətin bununla bağlı lazımi addımlar atdığını, lakin prosesdə müxalifətin iştirak etmədiyini vurğulayıb. Ən maraqlısı, Ukrayna ilə müharibə səbəbindən Rusiyadan Gürcüstana pənah gəyirən rusların sayı durmadan artmaqdadır...

A.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN