booked.net booked.net  

“Əli  İnsanov təmiz türkdür, el adamıdır, strateqdir... ”

***

“...Əli İnsanov hakimiyyətdə təmsil olunan zaman ona da, səhiyyə sisteminə qarşı da kifayət qədər müxalif olmuşam.Tənqidi çıxışlarım olub, eyni zamanda mətbuatda da bu barədə demişəm.”

 Bunu politoloq, Haqq-Ədalət Partiyası Ali Məclisinin sədri Zəlimxan Məmmədli TEZADLAR.TV-nin efirindən partiyasının sədri Əli İnsanovun  Azərbaycan Prezidentini dəstəkləyən bəyanatı barədə danışarkən bildirib.

“... Amma bizi birləşdirən nədir? Çox incə bir nüans var. Onunla azadlığa çıxdıqdan sonra bir neçə dəfə görüşdük. Görüşlərimiz 3-5 saat davam edirdi. Biz 5-6 dəfə görüşdükdən sonra qərar verdim: Əli İnsanov təmiz türkdür, əsl el adamı-elat adamıdır, dövlətci adamdır, yaxşı alimdir, yaxşı strateqdir, həm də barış və uzlaşma fəlsəfəsinə hakim olan biridir. Mən özüm 2003-cü ildə ilk dəfə “Qatı qütbləşmədən qarşılıqlı etimada doğru” bir layihənin müəllifi olmuşam. Mətbuatda da geniş diskussiyaya səbəb oldu. Mən bilən “Təzadlar” qəzetində də dərc olunub. Müxalifətdəkilərin bəziləri  “deyəsən, “satıldı” Zəlimxan...” kimi fikirlər söydilər. Mən hərdən özüm deyirəm ki, qiymətim o qədər bahadır ki, məni almaq olmaz... Bazara çıxan adam deyiləm... Amma mən dövlətci adamam”, -deyə siyasətçi vurğulayıb.

O, qeyd edib ki, balaca görünən, lakin böyük ideallara sahib olan Azərbaycan daxili savaşa getməməlidir.

“ Cahanda sülh olmalıdır. Cahanda sülh formulasını tapmalıdır. Böyük Atatürk nə dedi – “Yurdda sülh, cahanda sülh”. Cahanda sülhün təməli yurddan başlayır. Öyrəndiyimiz budur! Əli bəy Hüseynzadədən, Məhəmməd Əmin Rəsulzadədən, oxuduğum əsərlərdən aldığım milli təsanüt, milli birlik o yolların nə qədər ulu, nə qədər müqəddəs olduğunu vurğulayırlar. Bu, mənim söykəndiyim ideya olub, lakin hər zaman da bir tərəfdən daşlanmışam. Bu yəqin mandat davası idi. Amma hər dəfə də halal mandatımı əlimdən alıblar. Ona baxmayaraq, usanmamışam. Mənim mübarizəm mandat mübarizəsi deyil axı”, - siyasətçi diqqətə çatdırıb.

Qeyd edək ki, Zəlimxan Məmmədli 17 iyul 1957- ci ildə Gürcüstanın Qardabani rayonunun Kosalı kəndində doğulub.

1981-ci ildə  Azərbaycan Dövlət Tibb İnstitutunun (ATU) Stomatologiya fakültəsini, 1996-cı ildə isə Qərb Universitetinin Beynəlxalq siyasət və iqtisadiyyat fakültəsini bitirib.

1982-ci ildən etibarən 6 saylı şəhər poliklinikasında həkim-stomatoloq olaraq çalışır.

Hazırda Haqq Ədalət Partiyası Ali Məclisinin sədridir, Borçalı İctimai Cəmiyyətinin, Klassik Xalq Cəbhəsi Partiyası Ali Məclisinin sabiq sədridir, Azərbaycan Sambo Federasiyasının sabiq prezidenti, Xətai Rayon İcra Hakimiyyətinin sabiq başçısı, Azərbaycan Xalq Cəbhəsinin sabiq sədr müavinidir.

JASMİN     

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN