Ötən gün Gürcüstanın hökumət administrasiyası yaxınlığında eks prezident Mixeil Saakaşviliyə dəstək mitinqi keçirilib.
Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla bildirir ki, mitinqdə Saakaşvilinin ailə üzvləri, müxtəlif partiyaların üzvləri, vətəndaş fəalları və sadə vətəndaşlar iştirak ediblər. Mixeil Saakaşvilinin anası Giuli Alasaniyanın sözlərinə görə, mitinq insan həyatını xilas etmək üçün keçirilir. Aksiyaya toplaşan etirazçılar bildiriblər ki, aksiyalar nəticə verənədək davam edəcək və növbəti etiraz aksiyası noyabrın 23-də, saat 18:00-da ölkə parlamenti önündə keçiriləcək.
Gürcüstan hökumətinin isə Saakaşvilini azad etmək fikri yox kimi görünür.
A.Məmmədli