Saakaşvilinin zəhərləndirilməsi barədə Gürcüstan KİV-lərində yazılar işıq üzü görməkdədir...

Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla bildirir ki, Saakaşvili bunu təkzib edib. "Mən vəkillərimin heç birinə zəhərləndiyimdən şübhələndiyim barədə heç vaxt heç nə deməmişəm", -deyərək qeyd edib ki, o, klinikada göstərilən xidmətdən razı olduğunu da bildirib: "Dəstəklərinə görə tibb ictimaiyətinə təşəkkür etmək istərdim. Mən onların peşəkar dəstəyini həqiqətən yüksək qiymətləndirirəm. Mənim səhhətim həqiqətən də pisləşir və son iki ayda daha da pisləşib. 'Vivamed' klinikasının həkimləri mənim sağlamlıq vəziyyətimlə bağlı cəhdlərini dayandırmırlar. Mütəxəssislərə etibar etmək vacibdir və bu məsələni həddindən artıq siyasiləşdirməyə ehtiyac yoxdur. Bir daha hər kəsə çox sağ olun deyirəm”.

Neçə gün əvvəl, Saakaşvilinin vəkili Valeri Qelbaxiani sabiq prezidentin zəhərləndiyi ilə bağlı şübhələrinin olduğunu bildirmişdi.

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN