Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili Fransa prezidentinə müraciət edərək ondan kömək istəyib.

Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla bildirir ki, bu barədə "Mtavari Arkhi" telekanalı məlumat yayıb. TV bildirir ki, Saakaşvili Makrona göndərdiyi məktubda Rusiya prezidenti Putinin onu [Saakaşvilini] öldürmək istədiyini vurğulayıb. Sitat: "Mən bütün həyatım boyu Gürcüstanda və Ukraynada azadlıq və islahatlar uğrunda, Rusiyanın imperialist siyasətinə qarşı mübarizə aparmışam. Putin məni özünün əsas düşmənlərindən biri hesab edir, açıq şəkildə məni öldürəcəyinə söz verib. Məni həbsxanaya göndəriblər, ölürəm, çox az vaxtım qalıb”.

Gürcüstan hakimiyyəti isə beynəlxalq təsir və xahişlərə baxmayaraq Saakaşvilinin həbsdən buraxılmasına tələsmir...

A.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN