"ABŞ Dövlət Departamenti Gürcüstanın keçmiş prezidenti Mixel Saakaşvili ilə rəftarı çox diqqətlə izləyir".

Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla bildirir ki, bu barədə ABŞ Dövlət Departamenti rəsmisinin "Amerikanın səsi"nə verdiyi yazılı açıqlamasında deyilir. Dövlət Departamentinin məlumatına görə, Gürcüstan hökuməti Mixeil Saakaşvilinin bütün əsas hüquqlarına, o cümlədən müvafiq rəftar hüququna cavabdehdir: “Cənab Saakaşvilinin sağlamlığının qorunması və insan hüquqlarının müdafiəsi Gürcüstan hökumətinin üzərinə düşür. İctimai müdafiəçinin tibbi ekspertlərinin tövsiyələrinə əsasən, biz müvafiq şəxslərlə Saakaşvilinin sağlamlığı və rifahı üçün lazımi addımların atılması üçün vəkilliyi davam etdirəcəyik”.

Gürcüstan hakimiyyətinin hələki bu bəyanata reaksiyası yoxdur.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN