Ukraynanın ardınca ABŞ administrasiyası Gürcüstan hakimiyyətini həbsdə olan keçmiş prezident Mixeil Saakaşviliyə bütün lazımi tibbi və psixoloji yardım göstərməyə çağırıb.

Tezadlar.az Azadlıq Radiosu-na istinadla bildirir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays dünən jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə danışıb. Sitat: "...Cənab Saakaşviliyə ədalətli davranmaq, o cümlədən dövlət müdafiəçisinə (keçmiş prezident) müstəqil tibbi ekspertləri tərəfindən tövsiyə olunan bütün zəruri tibbi və psixoloji yardımı göstərmək Gürcüstan hökumətinin məsuliyyətidir. Onlar (Gürcüstan rəsmiləri) təbii ki, onun hüquqlarının müdafiə olunmasını, ona lazım olan bütün yardımları almasını təmin etməlidirlər”.

Xatırladırıq ki, oxşar çağırış Ukrayna prezidenti Zelenski tərəfindən də edilmişdir.

A.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN