Nəhayət, Amerika Birləşmiş Ştatlarının 2023-cü il büdcə layihəsində Gürcüstana ayrılması planlaşdırılan məbləğ öz əksini tapıb.

Tezadlar.az  24News.ge-yə istinadla bildirir ki, ABŞ tərəfindən Gürcüstana bu dəfə ayrılan maddi vəsaitin miqdarı 132 milyon 25 min dollar təşkil edəcək. Büdcə layihəsində Gürcüstanın işğal altındakı ərazilərindən də söz açılır. Bildirilir ki, ABŞ-ın büdcə layihəsində Gürcüstanın işğal altındakı ərazilərini müstəqil dövlət kimi tanıyan ölkələrin heç birinə maddi yardım ayrılmamalıdır. Sənəddə Gürcüstan üçün ayrılacaq vəsaitin işğal altındakı Abxaziya və Sxinvali regionlarına yönəldilməyəcəyi vurğulanıb.

Gürcüstana edilən bu yardım ABŞ tərəfindən ilk dəfədir bu məzmunda və tələblə verilir.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN