Dünən Gürcüstan prezidenti xanım Salome rus qoşunlarının Ukraynadan çıxarılması məsələsinə toxunarkən sərt bəyanatla çıxış edib...

Prezident bildirib ki, Avropa ölkələri və ABŞ u məsələni gündəmə gətirəndə unutmamalıdırlar ki, Rusiya qoşunlarını həm də Gürcüstandan çıxarmalıdır. Çünki bu belə olmazsa, bölgədə sülhdən danışmağa dəyməz...

 Prezident Salomenin bu bəyanatı Rusiyada ciddi reaksiya doğurub. "Rusiya Federasiyası 15 il əvvəl Abxaziya və Cənubi Osetiyanın "müstəqilliyini" tanıyaraq və onların etibarlı müdafiəsini, inkişafını təmin edərək müasir və özünü təmin edən dövlətlərə çevirdi", -deyən  Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Rusiyanın qondarma "Abxaziya" və "Cənubi Osetiya" ilə münasibətləri ilə bağlı jurnalistlərin suallarını cavablayarkən əlavə edib: bildirib. Birgə səylərlə ikitərəfli əməkdaşlığın bütün sahələrində mühüm nəticələr əldə edilib ki, bu da Suxumi və Tsxinvalinin xarici siyasi və iqtisadi mövqelərinin möhkəmlənməsinə şərait yaradıb. Biz Abxaziya və Cənubi Osetiyanın təhlükəsizliyinin təmin edilməsinə xüsusi önəm veririk. Onların ərazisində Rusiya hərbi bazaları fəaliyyət göstərir. Kənardan mümkün təxribatların qarşısını almaq üçün dövlət sərhədlərinin birgə mühafizəsi həyata keçirilir ki, bu da yeni geosiyasi reallıqlarda vacib bir mövzudur. Biz Gürcüstandan bu ölkələrə qarşı güc tətbiq etməmək barədə məcburi razılaşmalar tələb edirik. Biz bu məsələni regionda sabitliyin təminatı kimi görürük. Rusiya bu respublikaların əsas ticarət tərəfdaşı olaraq qalır. İkitərəfli ticari əlaqələr artmaqdadır. Tərəflər sosial-iqtisadi inkişafın təşviqinə mühüm rol verirlər. Həyata keçirilən tədbirlər ümumdaxili məhsulun artımına, vətəndaşların rifahının yüksəldilməsinə yönəlib. Bunlar bizim ümumi maraqlarımızdır. Məqsədimiz gənc Zaqafqaziya respublikaları ilə müttəfiqlik əlaqələrinin hərtərəfli inkişafı istiqamətində kursu davam etdirməkdir”.

Tezadlar.az Azadlıq Radiosu-na istinadla xatırladır ki, Zaxarovanın bu bəyanatı Gürcüstanda sərt qarşılanıb. Gürcüstan XİN bu açıqlama ilə bağlı Rusiya XİN-ə nota verməyi planlaşdırır.

Xatırladaq ki, Abxaziya və Osetiya tarixən Gürcüstanın ərazisi kimi tanınıb. Lakin 2008-ci ildə Saakaşvili Gürcüstanda qərb yönümlü siyasət yürüdəndən sonra ölkənin adı çəkilən əraziləri rus qoşunları tərəfindən işğal olunub, bu günədək iki qondarma dövlət kimi tanımır. Beynəlxalq qurumlardan və ölkələrdən heç biri bu əraziləri dövlət subyekti kimi qəbul etmir.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN