Ukraynaya dəstəklə bağlı keçirilməsi planlaşdırılan aksiyaya kimlər dəvət edildi?

Gürcüstanın sabiq prezidenti Qiorqi Marqvelaşvili vətəndaşları 24 fevral tarixində Tbilisidə Gürcüstanın qərb inteqrasiyasına, həmçinin Ukraynaya dəstəklə bağlı keçirilməsi planlaşdırılan aksiyaya dəvət edib. Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla bildiri ki, Marqelaşvili bu barədə sosial media hesabı vasitəsilə paylaşım edib. Sitat: “Bu gün Ukraynada və Avropada Ukrayna xalqının Rusiya təcavüzünə qarşı qəhrəmancasına mübarizəsi kimi bir tarixi proses gedir. Ukrayna xalqına, Rusiyanın təcavüzünü dayandıran döyüşçülərə dəstəyimizi bildirmək və onlara dolğun cavab vermək lazımdır. Mən təkcə Ukraynanın deyil, həm də Gürcüstanın azadlığını və ləyaqətini qoruyan gürcü döyüşçülərinə xüsusi ehtiramımı bildirmək istərdim. Biz fevralın 24-də toplaşmalıyıq ki, Gürcüstan hökumətindən fərqli olan gürcü xalqının istək və iradəsini dünyaya bir daha göstərək. Bizim onların yanında olmağımız faktiki olaraq hər bir Gürcüstan vətəndaşının istəyi və seçimdir. Gürcüstan azad və layiqli insanların birliyi kimi Avropa ailəsinə tamhüquqlu üzv olmağa hazırdır. Məhz buna görə də Ukraynanın həmrəyliyi üçün hamınızı fevralın 24-ü, saat 19:00-da Rustavelidə gözləyirik. Həqiqət qalib gələcək! - Birlik qalib gələcək! - Gürcüstan qalib gələcək!”.

Marqelaşvilinin bu bəyanatı Rusiya KİV-lərində sərt tənqid edilib. Sosal mediada onu sərt tənqid edənlər dolayısı ilə Rusiyanın Ukraynada qələbə çalacaqğını dilə gətirir, Gürcüstanın isə Avropaya inteqrasiyasının ölkəyə baha başa gələcəyini yazırlar. 

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN