Ermənistanın kapitulyasiya aktına imza atmasından sonra sülh prosesini süni yolla əngəlləməsi bu ölkəni daha çətin duruma salmaqdadır...

Bir əli ABŞ-ın, digər əli Fransanın cibində, gözləri isə Rusiyada olan Paşinyan iki də yox, üç yol ayrıcında qalıb. Vaxt isə Azərbaycanın xeyrinə işləyir... Belə ki, ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycan və Ermənistan XİN başçıları ilə görüşünü şərh edən RF prezidentinin mətbuat katibi Dmitri Peskov faktiki olaraq Ermənistanın nazı ilə oynamamağın mümkünsüzlüyünü dilə gətirib: "Əlbəttə, bu bazada nizamlanmaya kömək edə biləcək istənilən kömək alqışa layiqdir. Amma biz onu da bilirik ki, nizamlanmanın əsasını pozan müxtəlif cəhdlər də olur, bu, gələcəkdə nəticə verməyə bilər. Ümid edək ki, bu halda söhbət birinci haldan gedir... İki ölkə arasında mövcud olan problemlərin həlli və regionda gərginliyin azalmasına yönəlmiş hansısa birgə tədbirlərin və addımların işlənib hazırlanması Rusiya ilə birlikdə imzalanmış üçtərəfli sənədlər əsasında mümkündür. Hələlik nizamlanmaya şərait yarada biləcək hər hansı başqa hüquqi əsas yoxdur. Eləcə də indiyədək bu üçtərəfli sənədlər tamamilə alternativsizdir".

Ermənistan KİV-lərində Peskovun bu fikirləri tənqid edilir və ölkə ictimaiyyəti də anlayır ki, indiyədək itirilən vaxt Azərbaycanın xeyrinə olub. Deməli, sülh sazişi daha tez imzalanmalıdır...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN