"Biz Rusiyanın süqutu perspektivlərini görmürük".

Tezadlar.az AzərTAC-a istinadla bildirir ki, prezdent İlham Əliyev “Əgər Ukraynada müharibə Rusiyanın süqutuna və Şimali Qafqaz respublikalarının öz qonşuları ilə gələcək münaqişələrinə səbəb olarsa, Azərbaycan belə ssenariyə hazırlaşırmı və belə vəziyyətdə Bakının müttəfiqi kim olacaq?”- sualının cavabında bildirib ki, o, bu məsələdə fərqli düşünür. Şuşada beynəlxalq konfransın iştirakçıları qarşısında çıxış edən İlham Əliyev onu da deyib ki, Azərbaycan Rusiyanın və bütün digər ölkələrin ərazi bütövlüyünü dəstəkləyir. "Bizim Dağıstan və Çeçenistan xalqları ilə qardaşlıq münasibətlərimiz hər hansı münaqişəni istisna edir".

***

Rusiyanın Ukraynada bir ildir apardığı müharibə həqiqətən də hər iki ölkələrlə zamanında dost münasibətdə olmuş ölkələri çıxılmaz vəziyyətə qoyub. Daha dəqiq və aydın desək, aşağı baxırsan-Ukrayna, yuxarı baxırsan-Rusiya!

Üstəlik, SSRİ dönəmində ən azı 70 il bu iki ölkə ilə qardaş kimi yaşamış Azərbaycan indi nə etməlidir? Hər ikisindən necə imtina etsin? Axı arada iqtisadi, mədəni və siyasi bağlantılar var...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN