"Ukraynanın sadəcə məğlub olmaması deyil, həm də qalib gəlməsi əsasdır. Çünki Ukrayna məğlub olarsa, həm Gürcüstan, həm də bizim hamımız üçün təhlükəsizlik məsələləri son dərəcə çətin olacaq".

Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, bunu Gürcüstanda səfərdə olan NATO baş katibi köməkçisinin müavini Ceyms Appaturay jurnalistlərə açıqlamasında bildirib. O bildirib ki, Rusiya qoşunları paytaxt Tbilisidən çox da uzaqda deyil: "NATO Rusiya qoşunlarının paytaxt Tbilisidən çox da uzaqda olmadığını nəzərə alaraq Gürcüstanın üzləşdiyi çətin durumunu anlayır, bununla belə bütün ölkələr bacardıqları çərçivədə Ukraynaya maksimum dəstək verməlidirlər. Biz Gürcüstanın Ukraynaya və ukraynalılara verdiyi bütün istiqamətlərdə dəstəyi müzakirə etdik. Görüşdüyüm parlamentdəki nümayəndə heyəti Gürcüstanın Ukraynaya kömək etmək üçün atdığı bir çox addımları, sadaladı". NATO nümayəndəsi ölkədə siyasi qütbləşməyə yol verilməməsinin tərəfdarı olduğunu bildirib: “Mənim parlamentarilərə verdiyim mesaj sirr deyil və çox sadədir – islahatlar davam etməlidir, biz siyasi qütbləşmənin bəzi islahatları blokladığından narahatıq. Müttəfiqlər aydın islahatların həyata keçirilməsini görmək istəyirlər”, - deyə Ceyms Appaturay vurğulayıb.

NATO rəhbərliyi Gürcüstanın bu quruma daha tez inteqrasiyasına çalışır və bunun üçün mümkün olan addımları atmaqdadır. Bu isə Rusiyada ciddi narahatlıq doğurur...

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN