…İran hakimiyyəti uzun illərdir ölkəni sosial-iqtisadi bataqlıqdan xilas etmək, dünyaya inteqrasiya etmək əvəzinə, qadınlarla çadra və baş örtüyü mübarizəsinə qalxıb. Qadınlara qul kimi baxan molla rejimi, təbii ki, bu yolla ölkəni firavanlığa çatdıra bilməz.

İndi vəziyyət lap kritikdir. Bir müddətdir ki, ölkənin bütün əyalətlərində farslar və Azərbaycan türkləri bu cür rejimə qəti etirazlı tətil və mitinqlərə çıxıblar. Daxili istehsal müəssisələri isə iflic vəziyyətə düşüb. İndi vəziyyət o həddə çatıb ki, ölkə rəhbərliyi pensiya və müavinətləri ödəmək üçün adalarını və əyalətini satır… Belə ki, sosial şəbəkə istifadəçilərinin paylaşdığı xəbərlərdən də aydın olur ki, İranın Əmək Nazirliyinin Sosial Sığorta Təşkilatının rəhbəri Səccad Padam açıqlama verib ki, ölkəsinin pulsuzluqdan ada satacağından başqa yolu qalmayıb. "Pensiyaçıların maaşını ödəmək üçün tezliklə Kiş və Qeşm adalarını və Xuzestan əyalətini satmalı olacağıq! Yunanıstan da təqaüdçülərin pensiyalarını ödəmək üçün 100 ada satdı, biz də tezliklə bu vəziyyətə düşəcəyik. Sanksiyasız 3 milyon barel neft satıb bütün pulu alsaq da, yenə də pensiyaçıların üzləşdiyi böhranı həll edə bilməyəcəyik", -deyən Padam bununla da ölkənin hansı durumda olduğuna açıq işarə vurub. İranın siyasi hakimiyyəti isə hələ də molla rejimini başa sala bilmir ki, çadradan əl çəkib qadınlara sərbəst geyim imkanı verək, qoy hamı sakitcə ölkənin inkişafında vətəndaş kimi, qul kimi yox, iştirak etsin!

XƏYYAM

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN